Icma.az
close
up
RU
Tütünçəkmə həyat üçün təhlükəlidir

Tütünçəkmə həyat üçün təhlükəlidir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Hər il noyabr ayının üçüncü həftəsinin çərşənbə günü ümumdünya ağciyərlərin xronik obstruktiv xəstəliyi ilə mübarizə günü kimi qeyd edilir.  Bu gün həm ağciyərlərin xronik obstruktiv xəstəliyi, həm də tütünçəkmə ilə mübarizəyə diqqətin yönəldilməsi baxımından önəmli gündür.

Modern.az-ın müsahibi ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri dosent Rafiq Bayramovdur.

- Rafiq müəllim, ağciyərlərin xronik obstruktiv xəstəliyi nədir və təhlükəlidirmi?

Ağciyərlərin xronik obstruktiv  xəstəliyi (AXOX) tənəffüs yollarında hava axınını məhdudlaşdıran və tənəffüsü çətinləşdirən bir ağciyər xəstəliyidir. Bu zaman həm tənəffüs yollarında, həm də ağciyər toxumasında geri dönməyən dəyişikliklər baş verir.

Ağciyərlərin xronik obstruktiv xəstəliyi  dünyada ölüm səbəbləri arasında dördüncü yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən  2021-ci ildə  AXOX dünyada 3,5 milyon insanın ölümünə səbəb olumuşdur. 70 yaşdan aşağı insanlar arasında AXOX-dan ölüm hallarının təxminən 90%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. AXOX dünyada insanların əmək qabiliyyətini itirməsinin səkkiz əsas səbəblərindən biridir.

- Bu xəstəliyin yaranmasının səbəbləri hansılardır?

Ağciyərlərin xronik obstruktiv xəstəliyinin yaranmasında bir neçə risk faktorunun rolu mövcuddur. Bunlar arasında, aktiv və ya passiv tütünçəkmə zamanı insanın özünün və ətrafındakıların  tütün tüstüsünün inhalyasiyasına məruz qalması bu patologiyanın inkişafına daha çox səbəb olur. Belə ki, ÜST-nın məlumatına əsasən yüksək gəlirli ölkələrdə AXOX hadisələrinin 70%-dən çoxu, aşağı və orta gəlirli ölkələrdə isə 30-40%-i tütünçəkmə ilə əlaqəlidir. Bundan başqa, AXOX-un inkişafında iş yerində toz, tüstü və ya kimyəvi maddələrin inhalyasiyasına məruz qalmanın, havanın çirklənməsinin, o cümlədən  xüsusilə aşağı və orta gəlirli ölkələrdə yemək bişirmək və ya qızdırmaq üçün tez-tez biokütlə yanacaqlarından (odun, peyin, məhsul qalıqları) və ya kömürdən istifadə edilir ki, bu zaman  xaric olan tüstünün inhalyasiyasının da təsiri çoxdur.

- Deməli, tütünçəkmə bir çox xəstəliklərdə olduğu kimi bu xəstəliyin də yaranmasında başlıca faktordur. Bununla bağlı və tütünçəkmə ilə mübarizə haqqında nə deyə bilərsiniz?

Dünyada tez-tez istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan tütünçəkmə, insan ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Tütünçəkmə bütün dünyada qarşısı alına bilən və yoluxucu olmayan xəstəliklərin və bu xəstəliklərlə bağlı ölümlərin əsas səbəbidir. Tütün tüstüsünün tərkibində 7 mindən çox kimyəvi maddə var, onlardan yüzlərlə zəhərli və 70-dən çoxu birbaşa kanserogendir. Tütünçəkmə sağlamlığa bütünlüklə ziyandır. Xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs patologiyaları, cinsi zəiflik, böyrək xəstəlikləri, depressiya, adaptasiya problemi, beynin fiziki və psixoloji olaraq passivləşməsi, mədə-bağırsaq xəstəlikləri və bir çox patologiyalara yol açır. Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv tütünçəkənlərdir. Onu da qeyd edim ki, tütünçəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. ÜST-nin məlumatına görə, tü-tündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır. Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi onun zərər-lərindən xəbərsizdir. Tütünün tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Asılılığın müxtəlif üsullarla müalicəsi var və hər yaşda bundan imtina etmək mümkündür.
Tütnçəkmə ilə mübarizə haqqında onu bildirmək istəyirəm ki, tütnçəkmənin zərrə qədər təsəlli verəcək müsbət bir təsiri yoxdur. Tütünçəkənlər özlərinə zərər etməklə yanaşı, ətrafdakıların da təmiz hava ilə nəfəs almaq hüququnu və sağlamlığını pozur. Bununla bağlı dövlət səviyyəsində də tədbirlər görülür. Belə ki, 2017-ci il dekabrın 1-də ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib.  

- AXOX olan xəstələrin əsas şikayətləri hansılardır?

AXOX zamanı  ən çox rast gəlinən simptomlar nəfəs almaqda çətinlik, xırıltılı tənəffüs, təngnəfəslik, xronik öskürək,  bəlğəm ifrazı və yorğunluq hissinin olmasıdır. Bu əlamətlər sözsüz ki, xəstəliyin ağırlıq dərəcəsindən və yanaşı patologiyaların olub-olmamasından asılı olaraq dəyişə bilər.

- Bu xəstəliyə necə diaqnoz qoyulur?

Diaqnozun qoyulması üçün xəstənin ixtisaslı mütəxəssis tərəfindən kompleks müayinəsi aparılmalıdır. Belə ki, xəstədən anamnez topladıqda aktiv və ya passiv tütünçəkmənin olması, havanın çirklənməsi, zərərli iş şəraiti və s. dəqiqləşdirilməlidir. Xəstənin şikayətləri, laborator və instrumental müayinələrin köməkliyi ilə diaqnozu müəyyən etmək olur. Bu müayinələr arasında spirometriya adlanan xarici tənəffüs funksiyasının öyrənilməsinin əhəmiyyəti böyükdür.

- Bu xəstəlik tam müalicə olunub sağalırmı?

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu xəstəlik zamanı bronxlarda və ağciyər toxumasında baş verən dəyişikliklər geridönməyən olduğu üçün tam müalicə olunub sağalması mümkün deyil. Ancaq xəstəliyin əlamətlərini yüngülləşdirmək və  həyat keyfiyyətinə mənfi təsirini azaltmaq mümkündür. Bunun üçün ilk növbədə tütünçəkmədən imtina etmək lazımdır. Bundan başqa tənəffüs yollarının keçiriciliyini yaxşılaşdıran, bəlğəmgətirici, öskürək əleyhinə praparatlardan, oksigenoterapiyadan, infeksion ağırlaşmaların profilaktikası üçün peyvənddən və s. istifadə edilir. 

– Tütünçəkmədən imtina etdikdən sonra orqanizmdə hansı dəyişikliklər baş verir? 

Təxminən 20 dəqiqə ərzində qan təzyiqi normallaşır, 8 saat sonra qanın oksigen sıxlığı artır, 24 saat sonra infarkt riski azalmağa başlayır, 48 saatın sonunda sinir uclarının zədələnməsi azalır, dad və qoxu hissləri yaxşılaşır, 2 həftə ilə 3 ay arasında qan dövranı yaxşılaşır, ağciyərlətin tutumu 30 faiz artır. Gəzmək, pilləkənlərə qalxmaq daha asan olur.  

-Tövsiyyələriniz?

Düzgün həyat tərzinə yönəlmək, tütünçəkməyə meyl yaradacaq bütün vasitələrdən (maşında və evdə külqabılar, siqaret qutuları) və tütünçəkməyə meylli çevrədən uzaq durmağı tövsiyə edirəm. Özünüzün və ətrafınızdakıların sağlamlığına laqeyd qalmayın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see436

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see293

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see244

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see221

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see221

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see215

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see210

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see208

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see196

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see193

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see184

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see184

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see181

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see180

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see174

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see170

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see167

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see167

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see165

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri