Icma.az
close
up
RU
Trampın Putin və Zelenski ilə danışığı: Avropaya vurulan növbəti tərs şillə

Trampın Putin və Zelenski ilə danışığı: Avropaya vurulan növbəti tərs şillə

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq birliyin, xüsusən də Avropa ölkələrinin oktyabrın 17-də ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdən gözləntiləri böyük olsa da, gözləntilər özünü doğrultmadı. Ümumiyyətlə, görüşdən öncə Trampın Putinlə telefon danışığı Tramp–Zelenski görüşünün nəticələrini effektsiz etdi. Çünki iki saat yarımlıq Tramp-Putin telefon danışığının nəticəsi olaraq tərəflər Avropa İttifaqı üzvü olan Macarıstan paytaxtı Budapeştdə görüş keçirməyə razılıq verdilər.

Onların Budapeştdə görüş keçirməsi Aİ ölkələri üçün sarsıdıcı zərbə oldu. Artıq bunu avropalı politoloqlar, ekspertlər və media belə dəyərləndirir.

İspaniyada dərc olunan “El Confidencial” nəşri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüş üçün məkan kimi Budapeştin seçilməsini Avropa İttifaqı və NATO-ya vurulan sillə kimi dəyərləndirib. Nəşrin yazdığına görə, bu görüş nə Ukrayna, nə də Aİ üçün o qədər də ümidverici görünmür. Nəşr hesab edir ki, Avropa öz maraqlarını nəzərə alaraq, sadəcə olaraq Ukrayna ətrafında baş verənləri müşahidə etməklə məhdudlaşa bilməz.

Britaniyanın “The Telegraph” nəşri də Putinlə Tramp arasında keçiriləcək görüşün Avropa İttifaqına ağrılı zərbə olacağını yazıb.

"Macarıstanın sammitin ev sahibi kimi seçilməsi çox güman ki, Aİ-nin üzündəki təbəssümü silib. Birlik əsasən Ukrayna sülh danışıqlarının kənarında qalıb və Qəzza üçün sülh planının hazırlanmasında oynadığı kiçik roldan narahatdır", - məqalədə qeyd edilir.

Nəşrin yazdığına görə, avropalı diplomatlar Macarıstanda hakimiyyət dəyişikliyinə ümid edirlər, çünki Orban Aİ-nin siyasətinə mane olur, lakin Rusiya və ABŞ liderlərinin Budapeştdə danışıqları baş nazirin dünya miqyasında mövqeyini gücləndirəcək.

Proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiya–Ukrayna müharibəsində yaxın gələcəkdə hansısa ciddi irəliləyiş olacağı gözlənilmir.

ABŞ-nin vitse-prezidenti C. D. Vens də “Newsmax”a müsahibəsində bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın güclü diplomatiyasına baxmayaraq, Ukrayna və Rusiya sülh sazişi bağlamağa hazır deyillər.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında müharibə aylarla davam edən danışıqlara baxmayaraq davam edir, çünki tərəflərdən heç biri sülh razılaşmasına nail olmaq istəmir. "Hazırda gördüyümüz bütün işlərə baxmayaraq və biz bunu davam etdirəcəyik, ruslar və ukraynalılar sadəcə olaraq razılığa gələ biləcəkləri nöqtədə deyillər", - vitse-prezident Vens əlavə edib.

Bununla belə, onun fikrincə, problemin sülh yolu ilə həlli hələ də mümkündür, lakin bu, daha çox iş tələb edir.

Buna oxşar mövqeni ABŞ Prezidenti Donald Tramp Zelenski ilə görüşdən sonra “Truth Social” platformasındakı yazısında qeyd edib.

"Hər iki tərəf olduğu yerdə dayanmalıdır; qoy hər biri özünü qalib elan etsin - və tarix mühakimə etsin!", - Tramp yazıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Ağ Ev hələ də Rusiya–Ukrayna müharibəsinin tezliklə bitməsində maraqlı deyil.

Tramp Zelenski ilə görüşdən öncə Kremlin ünvanına yetərincə təzyiq xarakterli kəskin diplomatik bəyanatlar səsləndirsə də, Putinlə telefon danışığından sonra Moskvaya qarşı mövqeyində müəyyən yumşalma görünməkdədir. Ola bilsin ki, bu, Putini danışıqlar prosesindən uzaqlaşdırmamaq məqsədi daşıya bilər. Tramp Putinlə telefon danışığı zamanı Kiyevə “Tomahawk” raketlərinin verilməsini müzakirə edib və qarşı tərəf buna kəskin reaksiya verib. Yaranmış vəziyyət Trampı müəyyən mənada bir addım geri atmağa vadar edib.

Burada bir neçə səbəb ola bilər.

Birincisi, Tramp Rusiya–Ukrayna müharibəsinin bitməsində maraqlıdır, lakin sərt formada deyil, müəyyən taktiki gedişlərlə buna nail olmaq istəyir. Yəni sanksiyaları davam etdirmək, Rusiya neftinin ixracına qadağaları gücləndirmək və bu yolla iqtisadiyyatı zəiflətmək istəyir. Trampın Hindistanın Rusiya neftindən imtina etməsi və növbəti mərhələdə Çinə təzyiqlər yolu ilə buna nail olması barədə verdiyi bəyanatlar bunu deməyə əsas verir.

Burada bir məqamı da unutmaq olmaz ki, Rusiya nüvə ölkəsi olmaqla yanaşı, imperiya xislətindən əl çəkməyib. Öz maraqları naminə beynəlxalq hüququ tanımayan və onu ayaqlar altına atmağa hazır olan ölkədir. Ona görə də Rusiya daha çox beynəlxalq aləmdə təcrid edilərək iqtisadi cəhətdən zəiflədilməlidir ki, onu hansısa güzəştlərə vadar etmək mümkün olsun.

ABŞ da bu yolu seçib və onu həm müttəfiqlərindən, həm də əsas ticarət tərəfdaşlarından uzaqlaşdırıb, təcrid etməklə niyyətinə nail olmaq istəyir.

İkincisi, Ağ Ev Kiyevi dolayı yolla, həm də Avropanın birbaşa və aktiv dəstəyi ilə həm davamlı silahlandırılmasına, həm də iqtisadi və maliyyə təminatına çalışır. Tramp Rusiya–Ukrayna müharibəsində Avropanın Ukraynaya dəstəyinin daha da artırılmasına nail olmaq istəyir. Hətta son vaxtlarda rus PUA-larının Avropa hava məkanını pozmasını da bununla izah etmək olar.
Ağ Ev bununla da Avropanın təhlükəsizliyinin təminatını öz üzərinə götürmək istəyir.

Əgər Ağ Ev Kiyevə “Tomahawk” raketlərini vermək istəməsəydi, o zaman Zelenskinin Vaşinqtona səfəri zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri, həmçinin “Tomahawk” qanadlı raketləri istehsal edən “Raytheon” şirkətinin nümayəndələri ilə görüşə bilməzdi. Görüş zamanı tərəflər “Raytheon”un istehsal imkanlarını, Ukraynanın hava hücumundan müdafiə və uzaqmənzilli imkanlarını gücləndirmək üçün mümkün əməkdaşlıq imkanlarını və Ukrayna–Amerika istehsalının perspektivlərini müzakirə ediblər.

Onu da qeyd etmək lazımdır ki, Tramp hələ görüşdən öncə də Kiyevə “Tomahawk” raketlərini birbaşa deyil, NATO və digər dolayı yollarla təmin edə bilər.

Üçüncüsü, Ağ Ev bu yolla Avropanı öz təsir dairəsində saxlamaqla təkcə Rusiyaya qarşı deyil, həm də Çinə qarşı təzyiqlər zamanı istifadə etmək planını həyata keçirməyə çalışır.

Bütün bunlara baxmayaraq, Rusiya–Ukrayna müharibəsinin davam etməsi dünyanın təhlükəsizlik arxitekturasına ciddi təhdid mənbəyi olaraq qalmaqdadır.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri