Twitter in qurucusu yeni platforma ilə qayıtdı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Twitter"in (hazırda "X" kimi tanınır) qurucusu Cek Dorsi böyük dil modelləri ilə işləməyi və süni intellekt agentlərinin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş innovativ "Goose" platformasını təqdim edib.
Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, servis biznesmenə məxsus "Block" şirkəti tərəfindən hazırlanıb.
Bildirilib ki, "Goose" platforması proqram mühəndisliyi sahəsində tapşırıqların avtomatlaşdırılması üçün açıq və pulsuz mühit təqdim edir.
"Goose" sayəsində tərtibatçılar kodu bir proqramlaşdırma dilindən digərinə asanlıqla köçürə, API yarada, verilənlər bazasının monitorinqi və optimallaşdırılmasını qura, həmçinin məhsuldarlıq testlərini apara biləcəklər. Platforma, eyni zamanda, bir neçə tətbiq və ya sistemlə işləməyə imkan verir ki, bu da iş effektivliyini əhəmiyyətli dərəcədə artırır.
"Apache 2.0" lisenziyası altında əlçatan olan "Goose"un modul strukturu xidməti mövcud sistemlərə inteqrasiya etməyə və onu xüsusi tapşırıqlara uyğunlaşdırmağa imkan verir.
Şirkət hesab edir ki, "Goose" mühəndisləri gündəlik tapşırıqlardan azad edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















