Icma.az
close
up
RU
“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekununda "Tyançjin Bəyannaməsi" qəbul olunub. 

“AzPolitika” xəbər verir ki, sənəddə dövlətlərin daxili işlərinə müdaxilə etməmə, zor tətbiq etməmə və birtərəfli sanksiyaların qəbul edilməsinə qarşı çıxış prinsipləri əks olunub.

Sammit iştirakçıları təhlükəsizlik sahəsində, o cümlədən süni intellektin inkişafı ilə bağlı risklər üzrə əməkdaşlığa hazır olduqlarını bildiriblər və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi niyyətini açıqlayıblar.

Eyni zamanda, "ABŞ və İsrailin İrana endirdiyi zərbələr pislənib", nüvə obyektlərinə ziyan vurulmasının yolverilməzliyi vurğulanıb. Avropa ölkələrinin təşəbbüsü ilə "BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının bərpası ideyası" rədd edilib.

Bəyannamədə həmçinin terrorizmə qarşı mübarizə, "ikili standartların" rədd edilməsi, Əfqanıstanın stabilləşdirilməsinə yönəlmiş səylərin dəstəklənməsi, nüvə silahlarının yayılmaması və "kosmosun hərbiləşdirilməsinin qarşısının alınması" ilə bağlı mövqelər yer alıb.

Sənəddə dövlətlərin öz sərhədləri daxilində interneti tənzimləmə hüququ tanınıb, narkotrafiklə mübarizədə əməkdaşlığın gücləndirilməsi, eləcə də “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarının birləşdirilməsi qərara alınıb.

Ukrayna məsələsi isə bəyannamədə birbaşa qeyd olunmayıb.

Rusiya Prezidenti Vladimir Putin sammitdə çıxışında bildirib ki, Moskvanın mövqeyi belədir: “Bir ölkənin təhlükəsizliyi digərinin təhlükəsizliyi hesabına təmin edilə bilməz". 

O əlavə edib ki, "Ukrayna böhranının əsas səbəbləri aradan qaldırılmalı və ölkənin NATO-ya qoşulmasının qarşısı alınmalıdır."

Sammit çərçivəsində Rusiya Prezidenti Ukrayna böhranının həlli ilə bağlı Hindistanın Baş naziri Narendra Modi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bildirilir ki, Modi və Ərdoğan sammitdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıblar. Zelenski Modiyə bildirib ki, "Rusiya rəhbəri ilə görüşə hazırdır". Hindistan Baş naziri bu mesajı Moskva tərəfinə çatdırmağa razılaşıb.

Putin Ərdoğanla görüşdə Türkiyəni "etibarlı tərəfdaş" adlandırıb və Ankaranın Rusiya-Ukrayna münaqişəsinin həllinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Kiyev sammitdə səslənən bəyanatlara hələlik rəsmi münasibət bildirməyib. ABŞ və Avropa İttifaqı isə Ukrayna və Rusiya liderlərinin görüşünün keçirilməsini dəstəklədiklərini açıqlayıblar.

Rasim Əliyev

“AzPolitika.info”

-

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri