Üç boksçumuz beynəlxalq “Strandja” turnirinə qələbə ilə başlayıb FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.
57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb. Görüş boksçumuzun 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.
Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə gəlməməsi səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.
Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda O Konnor Darrendən (İrlandiya) güclü olub. Boksçumuz 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















