Türkiyədə mərc qalmaqalı ilə bağlı 102 futbolçu diskvalifikasiya edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) mərc qalmaqalı ilə bağlı qərarları açıqlanıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa və 1-ci Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştirak etdiyinə görə diskvalifikasiya edilib.
Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da yer alıb. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.
Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















