Icma.az
close
up
RU
Üç güləşçimiz yarımfinalda uduzdu

Üç güləşçimiz yarımfinalda uduzdu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün güləş üzrə Avropa çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavadakı yarışın ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Beş çəki dərəcəsində təsnifat görüşləri baş tutub. Azərbaycan millisinin 5 güləşçisi yarışa start verib. Onlardan üçü yarımfinala yüksəlib.
Sərbəst güləş
57 kq

İslam Bazarqanov yarışa 1/4 finaldan başlayıb. O, türkiyəli Muhammet Karavuşa 8:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. İslam finalın bir addımlığında Naçın Monquş (UWW) ilə qarşılaşıb. 0:5 hesabı ilə uduzan güləşçimiz sabah bürünc uğrunda mübarizə aparacaq.
65 kq
Əli Rəhimzadə 1/8 finalda belçikalı Ayub Musayevlə qarşılaşıb. 7:2 hesabıyla qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. Növbəti görüşdə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gələn idmançımız yarımfinala adlayıb. Onun növbəti rəqibi fransalı Xamzat Arsamerzoyev olub. Təmsilçimiz 3:4 hesabı ilə uduzaraq, qızıl şansını itirib. Əli bürünc uğrunda görüşəcək.
70 kq
Kənan Heybətov təsnifat mərhələsində avstriyalı Benedikt Huberlə görüşüb. O, tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala adlayıb. O, yarımfinala vəsiqə uğrunda qarşılaşmada bolqarıstanlı Mihail Georgiyevə 4:1 hesabıyla qalib gəlib. Heybətov bu mərhələdə David Bayevlə (UWW) görüşüb və 0:3 hesabı ilə uduzub.
79 kq
Orxan Abasov təsnifat mərhələsində fransalı Zelimxan Xadjiyevlə üz-üzə gəlib. O, 5:9 hesabıyla məğlub olub.
97 kq
Abubakr Abakarov təsnifat mərhələsində ukraynalı Vasil Sova ilə görüşüb. "Tuş"la (9:5) qalib gələn idmançımız 1/4 finala yüksəlib. O, bu mərhələdə macarıstanlı Riçard Veqə 2:5 hesabı ilə uduzub.
Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12.30-da start götürəcək. Yarımfinallar 18.45-də, medallar uğrunda qarşılaşmalar isə 20.00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri