Üç ildir insanları qorxu içində saxlayan şəxs tutuldu
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Qananın Yuxarı Qərb regionunda polis insan ətini yeməkdə və bir neçə qətldə ittiham olunan şəxsi saxlayıb. AzPost xəbər verir ki, Daily Star nəşrinin məlumatına görə, şübhəli şəxs üç ilə yaxın müddətdə bölgədəki sakinləri qorxu altında saxlayan dəhşətli cinayətlərin arxasında dayanmış ola bilər.
Hadisə Va adlı yaşayış məntəqəsində qeydə alınıb. Rəsmi qurumlar saxlanılan şəxsin kimliyi barədə məlumat verməkdən çəkinir. Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu həbslə bir il ərzində baş verən müəmmalı itkinlər və qətllərin araşdırılmasında ciddi irəliləyiş əldə edilib.
Məlumata görə, saxlanılan şəxsə yalnız kannibalizm deyil, həm də işgəncə və insanları qətlə yetirmə ittihamları irəli sürülə bilər. Qurbanların dəqiq sayı açıqlanmasa da, onların bir neçə nəfər olduğu ehtimal edilir.
Polis mənbələri vurğulayır ki, 2022-ci ildən etibarən Va şəhərində gecə saatlarında taksi sürücülərinə və digər vətəndaşlara hücumlar baş verib. Bu hücumların ritualla bağlı ola biləcəyi ehtimal edilir və yerli əhali arasında böyük panikaya səbəb olub.
Hazırda saxlanılan şəxsin həmin cinayətlərə bağlılığı araşdırılır. İstintaq davam edir və hüquq-mühafizə orqanları yaxın günlərdə əlavə məlumat açıqlaya bilərlər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Oktyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















