Icma.az
close
up
RU
“Üç nəfərə 25 manat yolpulu verdi, axşam da yığıb dedi ki, haramınız olsun” bölgə klubunda şok olay!

“Üç nəfərə 25 manat yolpulu verdi, axşam da yığıb dedi ki, haramınız olsun” bölgə klubunda şok olay!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Quba”nın indiki faciələrinin əsası sentyabrın 29-da keçirilən “Ağdaş”la səfər oyunundan sonra qoyuldu. 2:0 hesablı qələbənin əldən getməsi, oyunun 2:2 bitməsi “Quba”nın prezidenti Ayaz Abdullayevi necə qəzəbləndirdisə, şəraiti bəyənməyən hər kəsi bazadan qovdu. 11 futbolçu getdi, ardından baş məşqçi Elvin Həsənov də “Şəki”nin “sükanı arxasına” keçdi.

Bir neçə gün əvvəl Ayaz Abdullayevlə söhbətləşərkən gedən futbolçular haqda “bu ayrılıq deyil, xəyanətdi” fikrini səsləndirmişdi, gedənlərin hərəkətinin Quba futboluna ləkə olduğunu bildirmişdi. “Quba”nın cari mövsüm üçün iştirak ərizələrində 20 futbolçu var idi, 11-i getdi, yerdə qaldı 9-u. Klub prezidenti ölkə kuboku çərçivəsində “Xankəndi” ilə dünənki oyundan əvvəl “vatsap” statusunda 11 nəfərlə, ehtiyat oyunçular skamyasında futbolçu olmadan oynayacaqlarını açıqladı. Bəs digər iki futbolçu hardan çıxdı, klub bunları hardan gətirdi?
Bu və başqa məqamları araşdırdıq. Komandanın sabiq kapitanı, ayrılan 11 futbolçudan biri olan Rüstəm Nuruyevlə əlaqə saxladıq. 25 yaşlı futbolçu da açdı sandığı, tökdü pambığı:

“Komanda daxilində çətin vəziyyət ola bilər. Mənə başqa vədlər verilmişdi. Maaşlar ayın 10-da verilməliydi, 26-27-də verildi. Bizə demişdi ki, oteldə qalacaqsız. Gətirdi bizi saldı restoranın otelinə. İki villa idi. Dedi ki, hərə özünə bir otaq tutsun. “Ağdaş”la oyundan sonra bizə dedi ki, gedin Bakıya, istirahət edin. Yolpulumuz yox idi. Üç nəfərə 25 manat yolpulu verdi. Sonra axşam yığdı dedi ki, haramınız olsun. Açığı, mənim Qubaya qayıtmaq fikrim var idi. Bəlkə də qayıdacaqdım. Amma bu sözdən sonra qayıda bilməzdim. Nişanlı adamam. Mənə öz ailəm maraqlıdı. Mənə verilən otağın hər şeyini özüm yığıb qoymuşam, heç kim mənə kömək etməyib. Çıxıb yalandan danışır. Deyir ki, bizə xəyanət ediblər. Xəyanət maaşı süründürə-süründürə vermək, telefonları açmamaqdı. Biz oteldə qalanda günlərlə çörək verilməyib. AFFA-ya da şikayətimi bildirəcəm. İnanıram ki, federasiya kasıb uşaqları yarıyolda qoymaz. Bir şey olanda oteldə üstümüzə qışqırır ki, məkan mənimdi, bura mənim məkanımdı. Müqavilədə var ki, kimliyindən asılı olmayaraq, bazanın ərazisində araq içilə bilməz. Bu hər gün gəlir, səhərdən axşama, gecəyə qədər içir. Belə şey olar? Məndən başqa 8 futbolçu da eyni vəziyyətdədi. Düzdü, ayrılan 11 futbolçu idi. Sonradan iki futbolçunun pulunu əvvəldən verib, ya nəsə olub, qayıdıblar. Bir daha deyirəm, mən AFFA-ya şikayətimi bildirəcəm. İnanıram ki, onlar bizim dadımıza çatacaqlar”.

Bəs “Quba” 2-ci liqadakı növbəti oyunlarda ehtiyat futbolçular olmadan necə çıxış edəcək? “Transfer pəncərəsi” də bağlıdı. Yeni futbolçuları komandaya necə cəlb edəcəklər? Bu sualı PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:

"İstənilən liqada transferlər qaydalara uyğun aparılır. Yəni klublar öz istəklərinə uyğun yox, qaydalara uyğun hərəkət edə bilərlər. Hazırda klublara ancaq son statusu peşəkar olan azad agent oyunçular cəlb oluna bilər. “Quba” ilə danışmışıq, onlar vəziyyəti nəzarətə alıblar, yeni oyunçular cəlb olunursa, bunlar qaydalara uyğun transferlərdi".

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri