Icma.az
close
up
RU
Üç ölkə, 16 şəhər, 48 komanda... Dünya Kuboku başlayır

Üç ölkə, 16 şəhər, 48 komanda... Dünya Kuboku başlayır

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


23-cü FIFA Dünya Kuboku bu gün - 11 iyun 2026-cı ildə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, turnir Kanada, Meksika və ABŞ-də baş tutacaq. Turnirin ilk oyunu Meksika və Cənubi Afrika arasında bu gün Mexiko şəhərində Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
13 iyun 2018-ci ildə Moskvada keçirilən FİFA Konqresi Kanada, Meksika və ABŞ-ı 2026-cı il Dünya Kubokunun birgə ev sahibi seçib. Meksika əvvəllər 1970 və 1986-cı illərdə, ABŞ isə 1994-cü ildə Dünya Kubokuna ev sahibliyi edib. Kanada əvvəllər heç vaxt turnirə ev sahibliyi etməyib.
Seçmə mərhələsi 7 sentyabr 2023-cü ildən 31 mart 2026-cı ilə qədər davam edib və 6 konfederasiyanın (Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Afrika Futbol Konfederasiyası (CAF), Asiya Futbol Konfederasiyası (AFC), Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Okeaniya Futbol Konfederasiyası (OFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF)) oyunlarını, eləcə də qitələrarası pley-off mərhələlərini əhatə edib.
Seçmə mərhələsinin nəticələrinə əsasən, 45 komanda 2026-cı il Dünya Kubokunda iştirak etmək hüququ qazanıb (UEFA - 16, CAF - 10, AFC - 9, CONMEBOL - 6, CONCACAF - 3, OFC - 1). Kanada, Meksika və ABŞ milli komandaları turnirin ev sahibi ölkələrini təmsil etdikləri üçün çempionata avtomatik vəsiqə qazanıblar.
Dünya Kubokunun püşkatma mərasimi 5 dekabr 2025-ci ildə Vaşinqtonda keçirilib. Seçmə mərhələ başa çatdıqdan sonra Dünya Kubokunda iştirak edəcək komandaların yekun siyahısı açıqlanıb.
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya.
B qrupu: Kanada, Bosniya və Herseqovina, Qətər, İsveçrə.
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə.
E qrupu: Almaniya, Kot-d'İvuar, Kyurasao, Ekvador.
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç.
G qrupu: Belçika, İran, Yeni Zelandiya, Misir.
H qrupu: İspaniya, Səudiyyə Ərəbistanı, Uruqvay, Kabo-Verde.
I qrupu: Fransa, Norveç, Seneqal, İraq.
J qrupu: Argentina, Avstriya, İordaniya, Əlcəzair.
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası.
İngiltərə, Xorvatiya, Qana, Panama.
İordaniya, Kabo-Verde, Kyurasao və Özbəkistan milli komandaları 2026-cı il Dünya Kubokunda ilk dəfə olaraq mübarizə aparacaqlar.
Hər qrupdan iki ilk yeri tutan komanda, eləcə də üçüncü yeri tutan səkkiz ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələ 1/32 final, 1/8 final, 1/4 final, yarımfinal, üçüncü yer uğrunda matç və finalı əhatə edəcək. Turnirdə ilk dəfə olaraq 1248 oyunçu mübarizə aparacaq ki, bu da Dünya Kuboku rekordudur.
Dünya Çempionatının oyunlarına 16 şəhər ev sahibliyi edəcək. 11 şəhər ABŞ-də (Arlinqton, Texas ş./ İst-Raterford, Nyu-Cersi ş./Atlanta, Corciya ş./Kanzas Siti, Missuri ş./Hyuston, Texas ş./Santa Klara, Kaliforniya ş./İnqlvud, Kaliforniya ş./Filadelfiya, Pensilvaniya ş./Sietl, Vaşinqton ş./Foksboro, Massaçusets ş./Mayami Qardens, Florida ş.), 3 şəhər Meksikada (Mexiko Siti, Qvadalaxara, Monterrey) və 2 şəhər Kanadada (Vankuver, Toronto) olacaq. Oyunlar 16 arenada keçiriləcək.
Açılış matçı Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda, turnirin finalı isə 19 iyulda İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək. 
Oyundan əvvəl təntənəli açılış mərasimi keçiriləcək. Aşılış mərasimində italiyalı opera müğənnisi Andrea Boçelli, David Guetta, EJAE və “Megan Thee Stallion” turnirin himni olan “DNA”-nı ifa edəcəklər. Kolumbiyalı müğənni Şakira və nigeriyalı musiqiçi Burna Boy isə Dünya Kubokunun qeyri-rəsmi himni olan “Dai Dai”ni ifa edəcəklər.
FIFA Dünya Kubokunun rəsmi emblemi 18 may 2023-cü ildə təqdim edilib. Onun əsas xüsusiyyəti turnirin keçirildiyi ili təmsil edən 26 rəqəminin təkrarından ibarət çoxrəngli fonda yerləşdirilmiş əsas kubok olan Dünya Kubokunun təsviridir.
FIFA Dünya Kubokunun rəsmi maskotları isə 25 sentyabr 2025-ci ildə təqdim olunub. Onlar üç xəyal məhsulu məxluqdur: sığın qapıçı Meypl (Kanadanı təmsil edir), yaquar hücumçu Zayu (Meksikanı təmsil edir) və ağbaş qartal yarımmüdafiəçi Klatç (ABŞ-ni təmsil edir).
Dünya Kubokunun rəsmi topu olan “Trionda” 2 oktyabr 2025-ci ildə təqdim edilib. Adı ispanca tres (“üç”) və onda (“dalğa”) sözlərindən götürülüb. Dizaynı ağ, qırmızı, yaşıl və mavi rənglərdən ibarətdir.
Digər tərəfdən, 5 iyun 2026-cı ildə FIFA qarşıdan gələn Dünya Kubokuna həsr olunmuş 18 musiqi parçasından ibarət rəsmi albomu təqdim edib. Albomlar müxtəlif ölkələrdən olan musiqiçilər tərəfindən yazılıb. 
Qeyd edək ki, FIFA Dünya Kuboku Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) himayəsi altında milli komandalar arasında hər dörd ildən bir keçirilir. Bu günə qədər 22 Dünya Kuboku turniri keçirilib. Son 2022-ci il Dünya Kubokunun sahibi Argentinadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri