Icma.az
close
up
RU
ÜÇ ÖMÜR YAŞAYAN ADAM Əntiqə Kərimzadə yazır…

ÜÇ ÖMÜR YAŞAYAN ADAM Əntiqə Kərimzadə yazır…

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həyatı dərk edən andan  belə bir söz eşitmişəm: “ İnsan anadan olanda  alın yazısı ilə doğulur”. Heç vaxt bu fikirlə razı olmamışam.  Mənə elə gəlir ki, insan öz həyatında çox şeyi müsbətə  və ya mənfiyə doğru dəyişə bilər. Yəni alın yazısı insanı idarə etmir. İnsan öz iradəsiylə  qalib gəldiyi çox məqam olur, yalnız ölümdən başqa… 

Bir insanın cənazəsi kifayət edir ki, biz necə yaşamağımız barədə özümüzü sorğu- sual edək. Bu məqamda insanın özünə verdiyi ilk sual bu olur: necə yaşamalyıq ki, gözəl xatırlanaq? Necə olmalıyıq ki, xoş xatirələrlə anılaq? 

Demək ki, hər insan cənazəsi bizə yaxşı insan olmaq mesajını ötürür. Bütün insanlar bunu anlayırmı? Əlbəttə ki, yox. Təəssüf ki, yox. 

Nənəm həmişə deyərdi ki, insanın 100 yaşı olsa da can şirin şeydir. Ağrıyanda dözmək olmur. Ancaq nakam gedişlər həmişə məni daha çox sarsıdıb. Mənə elə gəlir ki, cavan yaşda dünyadan köçən insanların gözü yumulmur. Əlbəttə bu təxəyyüldür. 

Düşünürəm ki, ölüm bəzən cismani, bəzən də ruhən olur. İnsanlar var ki, ölüm onların yalnız cismini aparır. Amma unutmayaq ki, ruhən ölən canlılar da az deyil. Var ikən yox olmaq daha çox ölümdür, nəinki cismən ölmək. 

Uşaqlıq illərimin ən gözəl aktyorlarından olan Azər Baxşəliyevin ölüm xəbərini eşitmək  mənə yeni ilin kədər payı oldu. Zarafatlarıyla insanlar tərəfindən sevildi. Heç kəs ondan incimədi, daha doğrusu heç kəsin ondan inciməsinə imkan vermədi. Öz yerini bilirdi və heç kəsin də yerini tutmağa can atmırdı. İndi insanlar onu xoş xatırlayırlar.

Kədərlə anırlar. Necə ağırdır daim adını eşidən kimi güldüyümüz bir cavana ağlamaq. Ümumiyyətlə nakam gedişə ağlamaq insanı qəlbən yandırır. 

Azərin ölümü qəbuledilməz oldu. Hər kəs bir möcüzə gözlədi, amma olmadı. Neçə- neçə insanlar onun ölüm xəbərini paylaşmağa tələsdi. Ancaq çox dostları onun ölüm xəbərini yaya bilmirdilər. Vəfat edib sözünü yazmağa nə əlləri gəlirdi, nə də ürəkləri. Amma dünən təəssüf olsun ki, “orqan yaşam fəaliyyətini itirib” dedilər. Yenə də “vəfat edib” yaza bilməyən dostlar üçün çox ağır məqam idi.

Minlərlə insanın üzündə gülüş yaradan Azər bu dəfə də kədərləndirməyi seçdi. Ancaq bu kədər hissi əbədi oldu. 

İfa etdiyi rolun adı “ağsaqqal” olsa da, onu bütün nəsil sevdi. O, 39 illik ömründə uşaqlıq, gənclik və qocalıq çağını yaşadı. Bu az ömrə 3 fəsil yerləşdirdi. Necə kədərli və ağır hisdir onun haqqnda keçmiş zamanda danışmaq…

Zarafatlaryla sevilən aktyor həm də əzmli və inadkar idi. Mübarizəni sevərdi. Bu zalım xəstəlik onu yaxalayanda da xəstəliyə asanlıqla yenilmədi. Çox mübarizə apardı.

Bu mübarizədəki ən kiçik irəliləyişinə tamaşaçı da Azər qədər sevinirdi. Ancaq sonda nə Azər qalib gəldi, nə də tamaşaçı axıra qədər sevindi. 

 İnsanlar onu “ağsaqqal” kimi sevdilər, ona “ağsaqqal” kimi güldülər. Ancaq  son olaraq hər kəs onun cavan yaşda nakam gedişi üçün ağladı.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri