Icma.az
close
up
RU
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə Əli Cabbarov yazır

İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə Əli Cabbarov yazır

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Əli  CABBAROV

***

Torpaqlarımızın erməni işğalından azad etmək üçün canlarını fəda etmiş qəhərəman Şəhidlərimizin xatirəsini böyük qürürla yad etdiyimiz Böyük Zəfərimizin 5-ci ildönümündə tarixə bir daha geri qayıdanda müstəqil, suveren Azərbaycanın gələcəyi üçün ordu quruculuğunun və xalq-dövlət həmrəyliyinin nə qədər həyati olduğunu bir daha görürük.

Tarix o tarixi idi ki, bütün ölkəmiz bir yumruq kimi birləşib, otuz il ərzində işğal və məğlüb durumda qaldığımız dövrü bir zərbə ilə sona çatdırdı və bundan sonra bütün dünyadakı azərbaycanlıları Zəfər ünvanına qovuşduran dövr başladı.  

Ölkəmizin dövlət müstəqilliynə qovuşduğu ilk illərdən başlayan ən yeni tarixmiz özünün yaddaqalan hadisələri ilə zəngin olub  Azərbaycanın qarşıdkı dövr üçün siyasi, sosial-iqtisadi, eləcə də mədəni və ideoloji zəmində inkişaf vektorlarına güclü impuls qazandırmaqdadır. Dövlət başçımı, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi və uğurla davam etdirdiyi bu istiqamət qısa zamanda ölkəmizin mərkəz rolunu oynadığı Türk Birliyi ittifaqının daha da genişlənməsinə, Qarabağın yenidən inşasının dayanmadan davam etdirilməsinə, Zəngəzur dəhlizinin açılmasına və məğlub Ermənistan cəmiyyətinin Cənubi Qafqazda ədalətli və davamlı sülhə imza atdırmağa məcbur etməklə, ümumilikdə, müstəqil Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin ideoloji ayaqlarının sağlamlaşdırılmasına xidmət edir. Bu mühüm missiyada dövlət başçımızın siyasətini dəstəkləyən, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu Azərbaycançılıq ideologiyasına töhfə verən hər bir vətəndaşımız isə   gələcək nəsillər qarşısında üzüağ şəkildə öz şərəfli həyatını yaşayacaqdır. Bu, fikrimizcə, bizim qəhərəmanlıq mübarizəsi ilə dolu tarixi keçmişimizin, müstəqillik və tam süverenliymiz yolunda əldə etdiymiz qələbələrimizin gələcək nəsillərə də çatdırılmasında görülən işləri işıqlandıran, daha doğrusu ideoloji sahəyə də töhfə verən mətbuat və mədəniyyət sahəsinin də üzərinə mühüm vəzifə qoyur. Bu mənada, şanli tariximizin hər səhifəsini, xüsusən də Aprel döyüşlərindən Şuşa zəfərinə və bir günlük antiterror əməliyyatlarına qədər Qarabağın düşmən işğalından tam azad olunmasına aparan hər günü işıqlandıran, onu sənədli və bədii formada ekrana proyeksiya edib daha yaddaqlan və daha təsirli formada gələcəyə daşıya bilən əsərlərin yazılması, çəkilməsi və tirajlanması bu gün həmişəkindən daha aktual, daha ehtiyac duyulan bir məsələ kimi qarşıda durur. Bu, Prezidentimizin ifadəsi ilə desək, Qarabağı heç zaman görməmiş Azərbaycan gəncliyinin bir yumruq ətrafında sıx birləşib düşməni darmadağın etməsi ilə nəticələnmiş uğurlu ideoloji tərbiyənin gələcək üçün də həyati vacib olduğunu bir sosial-siyasi imperativ kimi ortaya qoyur və eyni zamanda onlillər sonrası dövrdə 2020-ci illərin salnaməsini Azərbaycan cəmiyyətində övladlarımzın şüuraltı inikasında yaşatmaq zərurətini ifadə edir. Çünki, bu olmadıqda, müasir qloballaşma, süni intellekt dövründəki sərhəd tanımayan informasiya axınında üzən gənclərmizin cəmiyyətimizin kök hüceyrələrinin yaşadığı Vətəndən uzaq sahillərə sürüklənməyəcəyinə,  sadə insanların milli-mənəvi dəyərlərdən, bəylərin kişilikdən, xanımların xanımdıqdan uzaq düşməyəcəyinə kimi zəmanət verə bilər ki! 

Cəmiyyətin informasiya almaq və təhlillə tanış olmaq tələbatını ödəyən jurnailistika qədər kino sənəti də ideoloji tərbiyədə mühüm əhəmiyyətli olub, bir dəfə deyil, dəfələrlə öz auditoriyası qarşısına çıxmala sanki tamaşaçısında hər dəfə yeni bir zövq, yeni bir tapıntı ilə yadda qalır. Nəticədə, hələ ötən əsrin ortalarından çəkilmiş və bu gün də mərkəzi telekanallarımızdan yayınlandığında sevilərək izlənilən klassik filmlərimiz öz ssenarisi, ideya-süjet xətti,  rejissor quruluşu ilə, xüsusən, cəmiyyətin formalaşmaqda olan gənc təbəqəsinə   vətənpərvərlik, təmiz sevgi, valiydeynlərə hörmət, dürüstluk, ədalətl olmaq kimi keyfiyyətləri   tərbiyə edir. İndi ilə müqayisədə dövrünün məhdud texnoloji imkanlarına baxmayaraq hələ 1958-ci ildə böyük uğurla lentə alınmış məşhur “Uzaq sahillərdə” filmi də İkinci dünya müharibəsində Azərbaycan xalqının qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə, həmçinin düşmən arxasındakı şücaətindən bəhs edən digər ekran əsərləri kimi onillər ərzində izləyicisində yaşatdığı təəssüratlarla bərabər eyni zamanda, bu gün sözün əsl mənasında dövrünün uzağında qalmış müasir kino sənətimizdəki boşluğu da doludurur. İndi 4K ekran qarşısında oturanda fikirləşirik ki, görəsən o vaxtlar indiki orta və yaşlı nəslin nümayəndələrinin xəyallarında yaşayan “Mixaylo” kimi olmaq, düşmənə ağır zərbə vuraraq vətənə qəhərəman kimi qayıtmaq arzusu yaratmış “Uzaq sahillərdə”nin yaradıcı heyəti görəsən bu gün sağ qalsaydı Mübarizin düşməni lərzəyə salan şücaətindən ilhamlanıb nələr ərsəyə gətirərdi?! Axı film sektoru bu gün elə bir texniki imkanlara malikidir ki, o kiçik bir parlaq ideya qığılcımını görkəmli bir ekran əsərinə improvizasiya edə bilməklə uzun müddət yaddaşlardan silinmir. Parlaq ideya isə gərək olsun axı! 

Əslində isə belə parlaq ideylar, onlara sahib olan insanlar cəmiyyətmizdə minlərlə, yüz minlərlə olub, ürəklərində Mubariz kimi döyüşmək, Polad, Həmid kimi komandirlər olmaq, Xudayar kimi təmiz qəlblə və gözəl səslə Vətənimizi tərənnüm etməyin arzuları ilə coşub-daşırlar. Ancaq onların idealları olan bu qəhrəmanlarımızın taleyi, onların uşaqlıq, gənclik illəri, keçdikləri şərəfli döyüş yolları və onların timsalında bütün qəhrəman Azərbaycan ordusunun dünya hərb tarixinə gətirdiyi yeni döyüş üsulları, yeni taktiki zərbələr sadəcə qəhrəman qazilərimizin xatirələrində və sənədli film kadrlarında qaldıqca, əvəzində hər gün ekranlarımızı plastik boru, yumşaq kağız və kolbasa reklamaları, arvad  paltarı geymiş iştirakçılarının sözlərlə deyil, əl-qol hərəkətləri ilə insanları güldürməyə çalışan duzsuz komedixanalar, hozular kimi hər cür mənasız proqramlar “bəzəməkdədir”. İnsafən, milli mentalitetimizə tamamən yad olan “cadılar bayramı” kimi kirli qərb həyat tərzini birbaşa reklam edən proqramlar hələ ki, efirimizdə özünə dəqiqələr qazanmasalar da əvəzində hər axşam saat 11-dən sonra  teleməkanımızda ölkəmizdən azı 20 min kilometr məsafədə, okeanın o tayındakı sahillərdə çəkilmiş filmlər doyunca at oynadır. Şükür olsun ki, son zamanlar “Qarabağ”ın Avropadakı uğurlu oyunları sayəsində milyonlarla futbol azarkeşimiz bu saatlarda heç olmasa ölkəmizin yaşıl meydanlardakı qəhrəmanlarına köklənib, qazanılan qələbələrdən sonra azı bir həftə bunun təəssüratını yaşayır. “Qarabağ” isə təbii ki, hər həftə Avropada oynaya bilməz ki! 

Maliyyə  azlığı bəhanəsinin əksinə olaraq yaddaqalan filmlər çəkilsəydi onlar kino sənayesi üçün yaxşı gəlir mənbəyi olmaqa bərabər həm də cəmiyyətdə kollektiv yaddaş elementi kimi uzun illər boyunca insanların dillər əzbəri olan “uçan kəlmələrlə” də xatırlanardı. Elə “Uzaq sahillərdə”ki “Mənim saat 9-da zabitlə görüşüm var!”, yaxud “Atları yəhərləyin” filmindəki məşhur “Arazın o tayı da, bu tayı da mənim vətənimidir!” ifadələri bu gün guya ki, “mövzu qıtlığından” əziyyət çəkən bizim bəzi “zirinc” jurnalistlərinə də mövzu olmaqla bərabər hələ də 90-cı illərin böhranından çıxa bilməyən kino sənayemiz üçün də qəflət yuxusundan oyanış çağırış olardı. Axı, bu gün təkcə ordu quruculuğunda deyil, digər bir çox sahələrdə həmin dövrü çoxdan arxada qoymuş Azərbaycan cəmiyyətində yerli filmlərə ssenari mövzusu ola biləcək hər cür aktual sosial-iqtisadi hadisələr, dövlətimizi, sadə vətəndaşı, vicdanla çalışan hər məmuru  və  bütün ziyalıları düşündürən kifayət qədər sayda problemlər də vardır. Götürək qardaş Türkiyəni! Yaxından tanıdığımız qardaş xalqın həyatının içindən süzülüb gələn, son illərdə qarşılaşdığı terror və vətənə xəyanət əməllərinə qarşı uğurlu mübarizəni bədiiləşdirilmiş obrazlarla canlandıran   film və teleseriallar bizi də özünə cəlb etmirmi? Onda belə çıxmırmı ki, bizim qəhrəmanlarımız haqda filmlər Xəzərin sahilikdəki kino pavilyonlarında deyil, hardasa Mərmərə sahillərində çəkilməlidir? Bəlkə, bu məsələ ya  türk qardaşlarımıza,  ya  da təkbaşına Rasim müəllimə həvalə olunsun, o da könüllü tələbələr və məktəbli uşaqlarımızla birgə çalışsın! Görəsən 77 yaşlı sevilən kino  ustamız bunu yenə  də bacararmı? Bilmirəm! Amma düşünürəm ki, “Uzaq sahillərdə”ni, onun Mixaylosunu, Ancelikasını indiyə qədər yaddaşında yaşadan dəyərli Azərbaycan tamaşaçısı çox yaxınlarda bir zamanlar yaxşı pul gətirmiş qalıncildli dedektivlərinin artıq heç bir işə yaramadığını görən yazarlarımızın ssenarisində heç olmasa qısametrajlı da olsa “Sədd”, “Status” yaxud “Rubenin arzuları” adlı komediyalara baxacaq, “Daşaltı” “Cıdır düzü”, “Suqovuşan” adlı tammetrajlı savaş, “Xudafərin” adlı  dedektiv, “Xarı bülbül” adlı romantik sevgi serialları ilə tanış olacaqlar. Hər halda, əlamətdar günlərdə və yubileylərində mükafatlar ala bilmək yarışına girmiş film sənətçilərmizin özlərinin də bilmədən çəkildikləri belə trillerlərdən boş vaxtları qalarsa! 

Zaman isə gözləmir! Elm, iqtisadiyyat və mədəniyyət sürətlə inkişaf edir və dünya Azərbaycana, Azərbaycan da sürətlə dünyaya inqerasiya olunur. Şanlı qələbəmizin 5 ili böyük təntənə ilə bayram edilir və ürəymizdə bu bayramda 5 yaşı tamam olan övladlarımıza onun haqqında 15 ildən sonra necə danışacağımız, onu hansı bədii əsərlərlə yaşadacığımız haqda suallarmız qalmaqdadır. Unutmayaq ki, bu gün ağ kağıza yazılan, lentə çəkilən hər bir yaddaqalan əsər təkcə günün hesabatı deyil, həm də sabah qürurla paylaşacağımız bir tarixdir.  Bu  bizim tariximizdir! 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Noyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see196

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see161

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see152

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see139

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see137

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see130

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see129

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see129

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see122

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri