Üç yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin məbləği 34 manata çatacaq
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin məbləğinin 34 manat olması proqnozlaşdırılır.
Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.
Qeyd edək ki, 2024-cü ilin 6 ayı üzrə 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin faktiki orta məbləği 33 manat olub.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin məbləği 34 manata çatacaq
18 Noyabr 2024 13:03

