Icma.az
close
up
RU
Folklor İnstitutunda türk xalqlarının epos yaradıcılığı araşdırılır

Folklor İnstitutunda türk xalqlarının epos yaradıcılığı araşdırılır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Türk xalqlarının dastan yaradıcılığında Edigey” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Qızıl Orda dövrünün möhtəşəm abidələrindən olan “Edigey” dastanının variantları və tipologiyası, dastanın dünya və xüsusilə də türk (yayılma coğrafiyasına əsaslanaraq qıpçaq, qismən də karluq və oğuz) epos sistemindəki yeri öyrənilir. Monoqrafiyada qeyd olunur ki, “Edigey” dastanı daşıdığı humanist ideyalar, ümumbəşəri dəyərlər, bədii məzmun və forma gözəlliyi ilə dünya dastançılıq ənənəsinin ən möhtəşəm eposları sırasında duran mədəniyyət abidəsidir.

Orta əsrlərdə Orta Asiya və Şərqi Qafqaz türk epik ənənəsinin məhsulu olan “Edigey” dastanı Azərbaycan dastanları ilə genetik kodlar, arxetipik formullar baxımından sıx şəkildə bağlıdır. Bu cəhətdən dastanın Azərbaycan folklorşünaslığının tədqiq obyektinə çevrilməsi, eyni zamanda, Azərbaycan dastanlarının strukturunun bir çox məsələlərinə, xüsusilə süjet və motivlərinə yeni baxış və müqayisə bucağı vermiş olur.

Kitabda vurğulanır ki, Azərbaycanda indiyə qədər bu dastanın araşdırılmaması, ümumiyyətlə, tanınmaması sovet dövründə türk qəhrəmanlıq dastanlarına qarşı yönəldilmiş ideoloji səbəblərdən irəli gəlir. Amma bütün qadağalara baxmayaraq, “Edigey” dastanı dəfələrlə noqay, rus, tatar, qazax, başqırd dillərində yayınlanıb və tədqiqata cəlb olunub.

Dastanın türk xalqları arasında 80-dən çox variantı mövcuddur, lakin onların hamısı bu günə qədər geniş tədqiqata cəlb olunmayıb. “Türk xalqlarının dastan yaradıcılığında Edigey” adlı monoqrafiyaya isə dastanın 55 variantı cəlb edilib. Qeyd edək ki, edigeyşünaslıqda bu qədər variantın bir tədqiqat işində cəmlənməsi ilk hadisədir.

V.Jirmunski, A.Samoyloviç, P.Melioranski, V.Radlov, S.Minkina, Ç.Vəlixanov və başqa alimlərin araşdırmalarına istinad edilməklə “Edigey” dastanının süjetinin türk epik düşüncəsindəki çoxəsrlik inkişaf mərhələlərinin açılması bütün tədqiqat boyu ardıcıl şəkildə izlənilir.

Bu günə qədər Azərbaycan folklorşünaslığında “Edigey” dastanının epik təfəkkürdən eposa doğru inkişafı tədqiqat obyekti olmayıb. Bir çox türk xalqlarının folklorunda özünəməxsus yerlərdən birini tutan “Edigey” dastanına həsr olunmuş bu monoqrafiya nəzəri-metodoloji bazası etibarilə “Edigey” dastanının variantları və tipologiyası probleminə yeni elmi-nəzəri baxışdır. Problemin dünya türkologiyasında qoyuluşu aktual olduğu qədər, Azərbaycan folklorşünaslığında öyrənilməsi də eyni dərəcədə əhəmiyyətlidir. Bu əsər Azərbaycanda “Edigey” dastanına həsr edilmiş ilk monoqrafik tədqiqatdır.

Monoqrafiyanın “Tarix yazan dastan – “Edigey” adlı giriş sözündə müəllif dastan haqqında ətraflı məlumat verib. “Edigey” dastanının variantları” adlanan birinci fəsildə variantların toplanması və nəşrindən, dastanın epik coğrafiyasından bəhs edilib. Bundan başqa, “Edigey” dastanı “Qırx batır” adlanan böyük bir silsilənin əsas zəncirvari həlqəsini təşkil edir ki, monoqrafiyada bir yarımbaşlıqda da məhz bu məsələdən söz açılır. İkinci fəsil “Edigey” dastanının variantlarında süjet və personajlara həsr olunub. Burada dastanın variantlarının tipologiyası, epik qəhrəmanın doğuluşu, köməkçi personajlar, dini və mifoloji motivlər öyrənilib. Bütün dövrlər üçün xarakterik olan nəsillərarası münaqişə – ata-oğul qarşıdurması da bu dastanın leytmotivini təşkil edir. Üçüncü fəsildə “Edigey” dastanının variantlarının poetik xüsusiyyətləri tədqiqata cəlb olunub. Burada dastan variantlarının poetik forması, şeirlərin strukturu və epik formullar araşdırılıb.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzayev, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri