Üç yaşlı uşaq yıxıldı, bıçaq gözünə girib öldürdü
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın Petropavlovsk şəhərində üç yaşlı uşaq bıçaq üzərinə yıxılıb və ağır göz zədəsi alaraq dünyasını dəyişib.
Lent.az yerli mediaya istinadla bildirir ki, uşaq dekabrın 19-da qapalı kəllə-beyin travması, kəllə-beyin əzilməsi, sol orbitin zədələnməsi, hematoma və beyin qanaması ilə xəstəxanaya yerləşdirilib. Uşağın anası polisə bildirib ki, bədbəxt oğlu nahar hazırlayarkən mətbəxdə stuldan yıxılıb və bıçaq gözünə girib.
İlkin olaraq “Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi” maddəsi ilə istintaq başladılıb, sonradan “Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma” kimi təsnifləşdirilib. İşdə zərərçəkmiş qismində uşağın anası tanınıb.
Şimali Qazaxıstan Vilayəti Polis İdarəsi hadisədə heç kimin şübhəli bilinmədiyini açıqlayıb. İstintaq hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində davam edir.
Baxış sayı:129
Bu xəbər 01 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















