Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Uca amallar üçün yaşanmış ömür Aydın Tağıyev yazır

Uca amallar üçün yaşanmış ömür Aydın Tağıyev yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

...Doğmaları, yaxınları onun 80 illiyinə hazırlaşırdılar. Ancaq Seyfəl müəllim bu yubileyinə cəmi on doqquz gün qalmış, aprelin 7-də dünyasını dəyişdi...

Seyfəl müəllimin vaxtaşırı mütaliə etdiyi kitablardan biri də böyük fransız yazıçısı Viktor Hüqonun "Səfillər" romanı idi. Bu ölməz əsərində maarifi işığa bənzədən dahi yazıçı qəhrəmanlarından birinin dili ilə belə deyir: "İşıq! Hər şey işıqdan yaranır, işığa da qayıdır".

Müəllim də elə işıqdır. O, işıqla qarşısındakı neçə-neçə şagirdin zehni, qəlbi nura boyanır. Seyfəl İbrahimov Surra kənd natamam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi maarif işığını həm daşıyır, həm də yayırdı. 

...Özündən əvvəl onun yaşca kiçik qardaşı ilə tanış idim. Onda ötən əsrin 80-ci illəri idi, "Ulduz" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində, "Gənclik" nəşriyyatının çap etdiyi almanaxlarda hekayələrim dərc olunurdu. Əlbəttə, yazılarımın işıq üzü gördüyü əsas mətbu orqan isə o illər "Qurucu" adı ilə çıxan yerli rayon qəzeti idi. O illərdə bu qəzetdə ədəbiyyatda ilk addımlarını atan Ağalar Mirzə və Sadıq İbrahimov imzalı müəlliflərin yazıları vaxtaşırı dərc olunurdu. Ağalar Mirzə ilə yaxın idim. Sadığın isə imzasını tanıyırdım. Şəxsən tanış olanda bildim ki, Sadıq hələ tələbədir, ADU-nun filologiya fakültəsində oxuyur. Sadıq İbrahimovun Sadıq Elcanlı imzası ilə tanınmasına onda hələ xeyli var idi.

O zaman mən rayonun Vələsli adlanan kənd məktəbində müəllim işləyirdim. Və hər gün rayon mərkəzi Şabrandan (keçmiş Dəvəçi) yolboyu buruqlara gedən fəhlələri yığa-yığa gəlib keçən maşına minib yola düşürdüm. O fəhlə maşınının əyləndiyi bir dayanacaq da Surra kəndi idi.

Aradan bir neçə il keçəndən sonra Surra kənd məktəbində işləməli oldum. Əvvəl məktəbin dil-ədəbiyyat müəllimi ilə tanışlığım yarandı. Tez də dostlaşdıq. Məlum oldu ki, o, dostluq etdiyim Sadığın (artıq Elcanlı idi) qardaşı Seyfəl müəllimdir.

Orada yerli iki müəllim var idi ki, biri məktəbdə əsas fənlərdən olan dil-ədəbiyyatı tədris edən Seyfəl müəllim idi.

Elə bir ünsiyyətcilliyi yox idi. Bu, mənə qəribə gəlirdi. Dil-ədəbiyyat müəllimi olasan, sinifdə şagirdlərə Nizamidən, Xaqanidən, Füzulidən dərs keçəsən, ancaq müəllimlər otağında heç kəsin söhbətinə qoşulmayasan. Zəngin içəri vurulmağını intizarla gözləyib, dərhal da sinif otağına tələsəsən...

Amma hərdən tənəffüs vaxtı mənimlə söhbətləşərdi. Bilirdi ki, Bakıya gedəndə qardaşı Sadıqla müntəzəm görüşürəm. Telefon zənglərimiz də olur.

Qardaşı artıq tanınmış bir yazıçı olduğundan Seyfəl müəllim qürur duyurdu.

Müqəddəs peşəsinə ürəkdən bağlı olan Seyfəl müəllim yaxşı bilirdi ki, uşaqlar quru mühakimə və təhlilə meyl edən ədəbiyyat müəllimlərini sevmirlər. Ədəbiyyat müəlliminin sinif otağında, şagirdlər qarşısında ən vacib silahı Sözdür. Ana laylası qədər mehriban, şirin, Dədə-Qorqud öyüd-nəsihətləri qədər müdrik, bəzən də qoç Koroğlu qoşmaları qədər sərt olan Söz!

Oğlu-qızı şagirdlərim idi. Bölgəmizdə özünəməxsusluğu ilə seçilən Surra kəndinin (Sadıq Elcanlı öz kəndləri haqqında qələmə aldığı "Bura Parisdir" yazısında bunu ətraflı ifadə edib) yaşlıları kimi elə balacaları da zirək, söz oynadan, deyib-güləndir. Seyfəl müəllimin övladlarınin o biri müəllimlərin dərslərində sakit-səmirsiz olduqlarını deyə bilmərəm. Amma mənim dərsimi "əla"ya oxuyurdular, sinifdəki ən sakit uşaqlar idilər. Bilirdim ki, bu hal daha çox atalarının mənim haqqımda evdə danışdıqlarının hesabınadır.

XVII yüzilliyin dahi fransız yazıçısı Balzak yazır ki, ata həmişə öz atalıq səadətindən feyz almalıdır. Seyfəl müəllim də belə xoşbəxt atalardan idi.

Seyfəl müəllimin taleyinə müəllimlik səadəti ilə yanaşı, ailə xoşbəxtliyi də düşmüşdü. Elinin-obasının ləyaqətli övladları olan üç qız, üç də oğul atası idi. Mədəniyyət işçisi olan oğlu Nəriman deyir: "Atam məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnindən müəllimim olub. Bütün fənlərdən "5" aldığım halda ondan "4" alırdım. Nə qədər çalışsam da, cavablarımdan tam qane olmurdu. Onun xarakteri dəyişməzdi. Atam son nəfəsinə qədər sadə, zəhmətkeş, gözütox, dürüst və ədalətli insan kimi qaldı. O, səhvimiz olanda bunu birbaşa üzümüzə deməzdi. İroniyalı bir lətifə danışar, ya da vəziyyətə uyğun ibrətamiz məsəl çəkməklə eyham vurardı. Qazandığı hörməti, etibarı ömrünün sonunacan da qoruyub saxladı".

Hüzr məclisinə qələm dostum, yazıçı-publisist Novruz Nəcəfoğlu ilə birgə getmişdik. Qardaşlarının həyatda qalan böyüyünə - Sadıq Elcalıya başsağlığı verdik. Sadıq da doluxsuna-doluxsuna Seyfəl müəllimlə vəfatından bir müddət əvvəl son görüşündən, yataq xəstəsi olsa da, kitab oxumağından, mütaliəsindən qalmadığından söz açdı.

Yeri gəlmişkən, Əməkdar jurnalist, Naxçıvan MR-nin Əməkdar incəsənət xadimi Sadıq Elcanlının Seyfəl müəllim haqqında dedikləri mərhum pedaqoqun portret cizgilərinin aydın təcəssümüdür:

"O, ana yurdum, doğma kəndim Surranın ilk alitəhsilli müəllimi idi. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini (indiki Pedaqoji Universitet) bitirmişdi. Ömrü boyu Surra kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs dedi. Xalqına, dövlətinə şərəflə xidmət etdi, milli mədəniyyətimizin fədakar, təəssübkeş nümayəndələrindən biri oldu.

İlk baxışdan qaraqabaq, qapalı adam təsiri bağışlayırdı Seyfəl müəllim. Sanki qapısı bağlı, zəngin bir otaq idi; o otağın qapısını açmaq, sahibi ilə ünsiyyət qurmaq, dünyanın olmuşundan, olacağından söhbət etmək o qədər də asan deyildi. Lakin qəfildən qəlbinin qapılarını açar, səmimi söhbətləri, şirin zarafatları, unudulmaz qayğıkeşliyi ilə hamını sevindirər, düşündürərdi.

Tale elə gətirdi ki, mən də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldum, mətbuatda ədəbi yazılarla çıxış etməyə başladım. O vaxt Seyfəl müəllimin böyük qardaş sevincinə, sevgisinə şahid oldum...

Ölümündən iki-üç ay əvvəl xəstələndiyini eşidib, oğlum Qurbanla görüşünə getmişdik. Kitablarımdan bir neçəsini, haqqımda çap olunan jurnalı da aparmışdıq. İlk dəfə idi ki, Seyfəli belə xəstəhal, yorğun görürdüm. Qəlbinin qapılarını taybatay açmışdı, gözlərində dərya kimi daşan sevinc vardı. Və bir cümləsi əbədilik yadımda qaldı: "Ömrüm boyu heç kimin bostanına daş atmadım, bütün həyatımı evimə, ailəmə həsr etdim". Bu şərəflə yaşanan bir ömrün həqiqət akkordu, Seyfəl Qurbanqulu oğlunun mənəvi ucalıq, pak ziyalılıq zirvəsi idi..."

Həqiqətən də, Seyfəl müəllim ömrünü şərəfli bir peşədə - müəllimlikdə, bir də müqəddəs anlayış kimi daim uca tutduğu ailəsinin yolunda fədakarlıqla, ləyaqətlə yaşayıb, eləcə də tamamladı.

Ruhu şad olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri