Icma.az
close
up
RU
Bu Qələbənin əsas sütunlarından biri də dövlət xalq ordu birliyi idi Millət vəkili

Bu Qələbənin əsas sütunlarından biri də dövlət xalq ordu birliyi idi Millət vəkili

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"8 Noyabr – Zəfər Günü Azərbaycanın tarixində ən qürurlu səhifələrdən biridir. Bu gün biz dövlətimizin, ordumuzun və xalqımızın birlik və əzminin simvolu olan şanlı Qələbəni böyük fəxarətlə qeyd edirik. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, öz torpaqlarını işğaldan azad etdi".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki,  30 ilə yaxın davam edən işğal dövrü ərzində Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. Biz əmin idik ki, gec-tez haqq-ədalət bərpa olunacaq, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında dalğalanacaq. Məhz bu inam, bu əzmkarlıq bizi Zəfərə apardı:

"Müharibəyə qədər illərlə aparılan məqsədyönlü siyasət, iqtisadi və hərbi potensialın gücləndirilməsi, beynəlxalq müstəvidə aparılan diplomatik mübarizə bu Qələbənin zəminini hazırladı. Azərbaycanın iqtisadi qüdrəti, hərbi sənaye kompleksinin formalaşdırılması, müasir silah sistemləri ilə təchiz edilmiş Ordumuzun yaranması, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, bütün bunlar Zəfərin əsas sütunlarına çevrildi.

Ermənistanın 27 sentyabr 2020-ci il tarixli növbəti təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatına başladı və 44 gün ərzində hər gün irəliləyərək şəhərlərimizi, kəndlərimizi azad etdi. Cəbrayıldan Füzuliyə, Zəngilandan Qubadlıya, Hadrutdan Şuşayadək hər bir qələbə bu xalqın qürur tarixini yazdı. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Azərbaycanın tarixi Qələbəsi rəsmiləşdi. Bu Qələbə yalnız hərbi deyil, həm də mənəvi, milli dirçəlişin, 30 illik ədalətsizliyə verilən cavabın Qələbəsi idi.

Müharibə dövründə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Dövlət başçımızın dünyanın 30-dan çox aparıcı beynəlxalq media qurumuna verdiyi müsahibələr, dünya ictimaiyyətinə çatdırdığı haqq səsi informasiya cəbhəsində də Azərbaycanın qələbəsini təmin etdi. Hər bir müsahibə, hər bir bəyanat dövlət başçımızın uzaqgörən liderliyinin və milli maraqlara sədaqətinin təzahürü idi.

Bu Qələbənin əsas sütunlarından biri də dövlət-xalq-ordu birliyi idi. Cəmiyyətin bütün təbəqələri, ölkəmizdəki siyasi qüvvələr, müxtəlif etnik və dini mənsubiyyətlərdən olan vətəndaşlar “Dəmir yumruq” kimi birləşdilər. Azərbaycan xalqı bu həmrəyliyi ilə dünyaya bir örnək göstərdi. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” ifadəsi hərbi əməliyyatların simvolu olmaqla yanaşı, milli birliyin, həmrəyliyin və dövlətimizin gücünün rəmzidir.

Bu Qələbənin ardınca ölkəmiz tarixinin yeni mərhələsi olan quruculuq və dirçəliş mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə artıq doğma yurdlarına dönüb. Qarabağ və Şərqi Zəngəzur bu gün sürətlə inkişaf edir. Yeni şəhərlər, məktəblər, xəstəxanalar, hava limanları, yollar və müasir infrastruktur layihələri həyata keçirilir.

Eyni zamanda, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir. Postmüharibə dövründə 250 mindən çox şəhid ailəsi və müharibə iştirakçısına 500 mindən artıq sosial xidmət göstərilib, on minlərlə mənzil, avtomobil və müavinət təqdim olunub. “YAŞAT” Fondu vasitəsilə bu qayğı və dəstək davam etdirilir.

Bugün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız xalqımızın azadlıq, müstəqillik və suverenlik rəmzidir. Bu bayraq uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik.

8 Noyabr Zəfər Günü qələbənin qeyd edildiyi gün olmaqla yanaşı, həm də bir xalqın əzmini, dözümünü, birliyini və dövlətinə sədaqətini ifadə edən gündür. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: “Qarabağ Azərbaycandır!”".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri