Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir
Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 8 noyabr, Günel Karatepe, AZƏRTAC
Can Azərbaycanın şanlı Zəfəri mübarək olsun. Qəhrəmanlıq dastanının yazıldığı, işğal altındakı torpaqların azad edildiyi 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir. Təxminən 30 il Ermənistan işğalı altında qalan torpaqlar, cəmi 44 gün ərzində işğaldan azad edildi. Bu qələbə ölkənin ərazi bütövlüyünün bərpası yolunda atılmış böyük bir addımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Yavuz Subaşı bildirib.
Bu tarixi günün milli qürur və birliyin bütün dünyaya nümayiş etdirilməsi baxımından Türk dünyası üçün böyük və tarixi əhəmiyyət daşıdığını qeyd edən sabiq deputat deyib: “Bu mübarək gündə canları bahasına Vətən torpağını qoruyan bütün şəhidlərimizi rəhmət və minnətlə anırıq. Qazilərimizə dərin təşəkkür və ehtiramlarımızı bildiririk. Tarixi Şuşanın işğaldan azad olunması ilə taclanan bu böyük Zəfər, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qürurudur. Azərbaycanın Zəfər Gününü ən səmimi diləklərimlə təbrik edirəm. Qarabağ Azərbaycandır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 08 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















