Uçan avtomobillər nə zaman qarajımızda olacaq? Mütəxəssislər danışır
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İnsanlar uzun illərdir uçan avtomobillərin istehsalını arzulasa da, bu texnologiyanın geniş yayılması hələ uzaq perspektivdir.
Lent.az xəbər verir ki, Tesla şirkətinin uçan “Roadster” modelini nümayiş etdirməsi bu xəyalın gerçəkləşdiyi anlamına gəlmir.
Hazırda elektriklə işləyən, şaquli qalxıb-enə bilən eVTOL tipli hava nəqliyyat vasitələri inkişaf etdirilir.
Bu aparatlar adi avtomobillər kimi yollarda hərəkət edə bilmir və əsasən qısa məsafəli uçuşlar üçün nəzərdə tutulur.
eVTOL modellərinin əksəriyyəti bir uçuşda təxminən 160 kilometr məsafə qət edə bilir.
Kaliforniyanın Alef şirkəti isə həm avtomobil, həm də təyyarə kimi istifadə olunacaq model hazırladığını bildirir.
Şirkətin Model A adlı prototipi səkkiz pərvanə vasitəsilə havaya qalxır, dörd təkəri sayəsində yolda da hərəkət edə bilir.
Lakin mütəxəssislər həm avtomobil, həm də təyyarə funksiyalarını birləşdirməyin ciddi mühəndislik problemləri yaratdığını deyirlər.
Belə uçuş aparatlarının qiyməti də yüksəkdir: şəxsi istifadə üçün nəzərdə tutulan modellərin 60 min-400 min dollar arasında olacağı gözlənilir.
Mütəxəssislərin fikrincə, texnologiyanın inkişafı davam etsə də, təhlükəsizlik, uçuş icazələri, qiymət və məsafə məhdudiyyətləri səbəbindən uçan avtomobillərin gündəlik istifadəsi hələ yaxın gələcəyin reallığı deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 03 Noyabr 2026 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















