Icma.az
close
up
RU
“Üçlü əməkdaşlıq hərbi müttəfiqliyə də gətirilib”

“Üçlü əməkdaşlıq hərbi müttəfiqliyə də gətirilib”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan, Türkiyə və Pakistan arasında tarixən dostluq və qardaşlıq münasibətləri formalaşıb. Hər üç ölkə mövcud olduqları regionda sabitlik, sülh və dayanıqlılığa xidmət edirlər. 44 günlük müharibədən sonra Azərbaycan regionda sülh və sabitliyin təminatçısı kimi çıxış etdi və bunu ortaya qoyduğu strategiya üzərində davam etdirməyə məqsədlidir. Türkiyə qlobal güc oyunçusu, Pakistan isə öz növbəsində Mərkəzi Asiyada dayanıqlı sülhə xidmət edən siyasət yürüdür və mövcud olduğu regionda terrorizmə ən az cəlb olunmuş ölkələrdəndir. Pakistan həm də Qarabağın 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ siyasətini dəstəkləyən ölkə idi. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan iki ölkədən biri kimi , bu günə qədər Ermənistanı dövlət olaraq tanımayan çox az ölkələrdəndir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Y.Hacıyeva əlavə edib ki, iqtisadi münasibətlərə gəldikdə isə Pakistan Mərkəzi Asiyanın stabil və zəngin mədəni resursları ilə bol ölkəsidir: “Yaxın Şərq , Mərkəzi Asiya , Cənubi Qafqazda keçid yerdə yerləşən Türkiyə, Pakistan və Azərbaycan Şimal Cənub, Şərq və Qərb kommunikasiyalar Asiya və Avropanın iqtisadi üçbucağında strateji bəndlərdir. Bu gün də bu əməkdaşlığın müxtəlif konfiqurasiyalarını görürük, amma əlbəttə ki, inkişaf etdiriləsi məqamlar var. Digər sahələrdə olan əməkdaşlıqlar hərbi təşəbbüslərlə möhkəmləndirilmənin ən doğru addım olmasını nəzərə alsaq ikili və üçlü əməkdaşlıqlar, hərbi müttəfiqliyə də gətirilib. Hər üç ölkənin aid olduğu regionda iqtisadi layihələrimizi hərbi əməkdaşlıqla müdafiə etmək üçün bunu dünyaya nümayiş etdirilir. Bunun üçün də ən yaxşısı hərbi əməkdaşlıq formatıdır. Müasir dövrdə hərb sahəsində texnoloji nailiyyətin və inkişafın yeni alətlərilə müasir hərb mədəniyyəti formalaşır. Öncəliklə Pakistanın bir nüvə dövləti kimi müəyyən öhdəlikləri var”.

Onun sözlərinə görə, əməkdaşlığın üçtərəfli formatda həyata keçirilməsinin region və dövlətlərimiz üçün faydası, hər üç ölkənin yerləşdikləri regionlarda stabillik faktoru kimi çıxış etdikləri üçün regional və beynəlxalq proseslərdə ölkələrimiz arasında üst-üstə düşən baxışlar və maraqlar bu formatı iqtisadi baxımdan da çox cazibədar edir: “Hər üç ölkə dinamik inkişaf mərhələsi keçən islam ölkələridir və onlar üçün dünyanın ən müasir, ən modern islam ölkəsi olmaqla yanaşı, regionlararası, xüsusilə Avropaya enerji tranzitində təşəbbüsçü və iştirakçı ölkə kimi Azərbaycanla əməkdaşlıq imkanları çox önəmlidir. Bu üçtərəfli əməkdaşlıqdan doğan imkanlar üzv ölkələrin yerləşdiyi regionlar üçün də əhəmiyyətlidir. Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək bir koridor formalaşdırır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri