Uçot dərəcəsinin azaldılması MANATA NECƏ TƏSİR EDƏCƏK? AÇIQLAMA
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ABŞ-nin bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (Fed) uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4,25-4,5 % aralığına endirməsinin manatın məzənnəsinə təsiri barədə müzakirələrə münasibət gətirib.
V.Bayramov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üzən məzənnəyə keçməyib və manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır.
![](https://pravda.az/cdn/2022/february/12/vuqarbayramov33.jpg)
“Təbii ki, Mərkəzi Bank məzənnə siyasəti həyata keçirən zaman həm qlobal dəyişiklikləri, həm də ölkəyə daxil olan valyutanın həcmini nəzərə alır. Xüsusilə, FED-nin qəbul etdiyi qərarların valyuta bazarına psixoloji təsirləri olur. Eləcə də neft bazarındakı dəyişikliklərin də həm iqtisadi, həm də psixoloji təsirləri var. Bütün hallarda, Azərbaycan üzən məzənnə rejimində olmadığı və fiks məzənnə rejimi tətbiq olunduğu üçün növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, - deputat bildirib.
Aytəkin Qardaşova
![see](https://icma.az/template/assets/see.png)