Icma.az
close
up
RU
Üçtərəfli bəyanat şərəfli tariximizin parlaq səhifəsidir

Üçtərəfli bəyanat şərəfli tariximizin parlaq səhifəsidir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatimzalanandan dərhal sonraDövlət başçısı cənab İlham Əliyev xalqa müraciət edib. Cənab Prezident müraciətində Dağlıq Qarabağın statusu məsələsinə də toxunub: “Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! ... Cəhənnəməgetdi status, goragetdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”. 44 günlük müharibədə ordumuz yeni hərbi strategiyalar, yeni nəsil müharibə üsulunu nümayiş etdirmişdir. İndi Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.Bu hərbi quruculuğun ən müasir formada inkişafının göstəricisi, hərbi siyasətin ən yüksək səviyyədə aparılmasıdır. Ən əsası bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu deməkdir. Ordumuzu bütün heyəti Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Qələbənin əldə edilməsində Azərbaycan-Türkiyə tandemi də mühüm rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və belə də davam edəcəkdir. Üçtərəfli bəyanat yeni kommunikasiya layihələri üçün zəmin yaratmışdır.İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Onu da deyim ki, regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.İmzalanmış Bəyanat Azərbaycanın maraqlarına cavab verən nəticələrinin necə olacağını indidən deyir. Rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə də bu bəyənatla son qoydu. Həmçinin Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları da alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. Ən başlıcası, rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib.Eyni zamanda, ərazi bütövlüyümüz tam bərpa edilib. Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə üçrəngli şanlı Azərbaycan bayrağını ucaldıb.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri