Icma.az
close
up
RU
Üçtərəfli sammit Laçını qurtuluş, yeniləşmə və qüdrət rəmzinə çevirdi

Üçtərəfli sammit Laçını qurtuluş, yeniləşmə və qüdrət rəmzinə çevirdi

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 28-də, Müstəqillik Günündə əlamətdar hadisə baş verdi. Üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın liderləri üçtərəfli sammit keçirmək üçün Laçına toplaşdılar.

Pakistanın baş naziri Şahbaz Şərif bir gün əvvəl Laçına gəldi. Prezident İlham Əliyev və Şahbaz Şərif arasında keçirilmiş görüşdə Azərbaycan ilə Pakistan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, elm, təhsil və yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Növbəti gün isə Rəcəb Tayyib Ərdoğanın Laçına endi. Türkiyə liderini İlham Əliyev qarşılayıb, sonra hər iki dövlətin başçıları Laçın Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimində iştirak ediblər.

Və nəhayət, günün ikinci yarısında dövlət başçılarının iştirakı ilə üçtərəfli sammit keçirilib. Qeyd edək ki, bu görüş ilk dəfə deyil, Qazaxıstanın paytaxtı Astanada 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammiti zamanı təməli qoyulan ənənənin davamıdır.

Həmin sammitdə xüsusilə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan bir-birinə tarixi-dini köklərə, qardaşlıq münasibətləri ilə bağlıdır. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyi bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyindən danışılıb.

Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib ki, üç ölkə liderinin builki görüşdəki bəyanatları da dövlətlərimiz arasında qardaşlıq əlaqələrini möhkəmləndirmək qətiyyəti ilə zəngin olub.

Zirvə görüşünü açan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”. İlham Əliyev çıxışında digər məsələlərlə yanaşı, üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın vacibliyini də vurğulayıb.

Deputat xüsusi vurğulayıb ki, üç qardaş ölkənin liderlərinin görüşünün otuz ilə yaxın işğal müddətində işğal olunmuş ərazilərlə işğalçı Ermənistan arasında əsas əlaqənin həyata keçirildiyi, üçüncü ölkələrdən arzuolunmaz qonaqların gəldiyi bir məkanda keçirilməsi dərin rəmzi xarakter daşıyır.

Bakının ardıcıl və barışmaz siyasəti ona gətirib çıxardı ki, əvvəlcə 2023-cü il aprelində Laçın rayonu ərazisində Ermənistanla şərti sərhəddə sərhəd-keçid məntəqəsi yaradıldı, sonra isə həmin il sentyabrında bir günlük parlaq anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi, işğalçı ordunun qalıqları isə elə həmin Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana qaçdı.

Kamran Bayramov əlavə edib ki, üçtərəfli sammit Laçını işğal rəmzindən qurtuluş, yeniləşmə və qüdrət rəmzinə çevirdi. Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Laçında keçirilən görüşü dünyaya köhnə dünyanın dağıntılarından çıxan yeni güclü ittifaqın, beynəlxalq münasibətlərdə yeni qlobal gücün tam formalaşdığını göstərdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri