Icma.az
close
up
RU
Kəlbəcər və Laçını birləşdirən yeni yol

Kəlbəcər və Laçını birləşdirən yeni yol

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Prezident İlham Əliyevin postmüharibə dövründə bəhs olunan ərazilərə tez-tez baş tutan səfərləri çərçivəsində dövlətimizin başçısının yeni infrastruktur obyektlərinin, sənaye müəssisələrinin, aqroparkların, yaşayış məntəqələrinin açılış və yaxud təməlqoyma tədbirlərinə qatılması da artıq ənənə halını alıb. Bu baxımdan dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə  28 May - Müstəqillik Günü ərəfəsində etdiyi son səfəri də istisna olmayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

Əsas prioritetlərdən biri: Müasir yol infrastrukturu quruculuğu

İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır.

Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin etmək məqsədi daşıyır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də hərbi və sosial baxımdan böyük önəm daşıyır.

Reallaşdırılan çoxsaylı yol layihələri

İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı da kifayət qədər çoxdur.  Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 3 min 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Agentlik tərəfindən indiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb. O cümlədən Tərtər-Suqovuşan-Talış avtomobil yolu (28,5 km), “Zəfər Yolu” (101 km), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (22 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu (22 km), Bərdə-Ağdam avtomobil yolu (44,5 km), Füzuli-Hadrut avtomobil yolu (12,3 km),  Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi (61,4 km) inşası başa çatdılıb. Eyni zamanda, bir sıra yol layihələrinin tikintisi cari ilin sonunadək tamamlanacaq. Həmçinin Dövlət Proqramına uyğun olaraq, agentlik tərəfindən 8 şəhərin - Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçının daxili yollarının tikintisi işləri də icra olunur. Bundan əlavə, Azərbaycan Prezidentinin sərəncamına əsasən, 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri aparılır:

İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir. İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.

Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu

Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın tikintisi ilə tanış olduqları  Kəlbəcər-Laçın avtomobil  yolu dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biridir . Onun uzunluğu 75,8 kilometrə bərabərdir.

Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.

Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.

Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə, Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub.

MÜBARİZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri