Icma.az
close
up
RU
“Üçüncü Dünya savaşı Şərqdən başlayacaq, amma sonda məğlub olan Qərb olacaq“ Bolqar öncəgörəni

“Üçüncü Dünya savaşı Şərqdən başlayacaq, amma sonda məğlub olan Qərb olacaq“ Bolqar öncəgörəni

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Vanqa və Nostradamusun qorxunc proqnozları gerçəkləşir..."

Köhnə öncəgörmələr fonunda Rusiyanın dron hücumları Avropanı silkələyir...

Vanqanın Rusiya barədə dedikləri artıq dəhşətli dəqiqliklə gerçəkləşir: "Ruslarda hər şeyi yaxşı olacaq, ölkə sağ qalacaq və dünyanın ən önəmlisi olacaq".

Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.

Nəşr yazır ki, bəziləri üçün bu yalnız mifdir, bəziləri üçün isə real tarixi fakt: kor bolqar qadın Vanqa və XVI əsr fransız astrologu Nostradamusun proqnozları çağdaş dünyanın gərgin mənzərəsi ilə üst-üstə düşür.

Tarixi proqnozların izləri

Vanqa bir vaxtlar şahidi olduğu görüntülərdə həm şəxsi faciələri, həm də qlobal böhranları təsvir edib. Onun ardıcılları deyir ki, o, şahzadə Diananın avtomobil qəzasını, 11 sentyabr terror aktını və hətta COVID-19 pandemiyasını əvvəlcədən proqnozlaşdırıb. Nostradamus isə 1555-ci ildə çap olunan məşhur “
"Öncəgörmələr" kitabında kral II Henrinin ölümünü, London yanğınını və Hitlerin hakimiyyətə gəlişini obrazlı dillə ifadə edib.

Vanqa 1996-cı ildə öz ölüm gününü belə dəqiqliklə bilib və o günün insanlıq üçün dönüş nöqtəsi olacağı barədə xəbərdarlıq edib: "Qanlı müharibə şərqdən başlayacaq, amma sonda məğlub olan Qərb olacaq". O, Putinin hakimiyyətə gəlişini və Rusiyanın qlobal gücə çevriləcəyini də proqnozlaşdırıb.

Avropa dronların kölgəsində

Son günlərin ən mühüm hadisəsi isə Polşa üzərində görünən Rusiya dronlarıdır. NATO ölkəsinin hava məkanı növbəti dəfə pozulub, sakinlər sığınacaqlara çağırılıb. Dron hücumu bəzi binalara ziyan vurub, xoşbəxtlikdən ölən olmayıb. Lakin bu, Avropada ciddi həyəcan siqnalına çevrilib.

Polşanın baş naziri Donald Tusk hadisəni "İkinci Dünya müharibəsindən bəri ən böyük açıq qarşıdurmaya yaxınlaşma" kimi dəyərləndirdi. Varşava NATO-nun 4-cü maddəsinə əsaslanaraq Alyansdan rəsmi məsləhətləşmələr tələb edib. Baş katib Mark Rütte Putinə sərt müraciət ünvanlayıb: "Ukraynada döyüşləri dayandırın, Alyansın hava məkanını pozmağı dərhal dayandırın. Biz NATO-nun hər qarışını qoruyacağıq".

Mistika ilə siyasət arasındakı sərhəd

Nostradamusun dördlüklərində də gələcək qlobal münaqişələrə dair qorxulu işarələr var. O, Britaniya taxtının daxili düşmənlər və epidemiyalarla sarsılacağını yazıb. Vanqa isə Avropanın səhraya çevriləcəyini, Rusiyanın isə qalib çıxacağını deyib.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa isə dünənki hadisələri şərh edərək bildirib: "Putin Qərbin cavab verməyəcəyini hiss etdikcə daha da aqressivləşir. Raketlər və dronlar Avropayanın dərinliyinə uçacaq.

Beləcə, Vanqa və Nostradamusun yüzilliklər əvvəldən gələn qorxulu sözləri indi müasir dünyanın geosiyasi gündəliyi ilə birləşir. Təxminlərlə reallıq arasındakı sərhəd getdikcə itir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri