Üçüncü oxunuşda qəbulu yaz sessiyasına qalan QANUN LAYİHƏLƏRİ
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilib. Qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Gələn həftə parlament tətildən geri qayıdır və yanvar ayının 15-dən komitə iclasları başlayır. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisdə hər iki sessiyada qanun layihələri müzakirə edilərək səsə qoyulur. Təkliflər və dəyişikliklər nəzərə alınmaqla qanun layihələri səsvermədən sonra qəbul edilir. Qanun layihələri, əsasən üçüncü oxunuşda qəbul edilmiş sayılır.
Bəs Milli Məclisdə hər üç oxunuşda müzakirə edilməyən, bir sözlə, payız sessiyasından yaz sessiyasına keçən hansı qanun layihələri var?
Bizim.Media xəbər verir ki, “Patent haqqında” Qanuna təklif edilən dəyişikliklər parlamentin dekabrın 26-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirə edilərək qəbul edilib.
Lakin qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi yaz sessiyasına qalıb.
Qeyd edək ki, qanuna bir sıra dəyişikliklərin olunması təklif edilib. Belə ki, sənədə əsasən, ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla ənənəvi biliklərə aid olan obyektlər ixtira sayılmayacaq. Bundan əlavə, insanın klonlaşdırılması üsulları və onun klonu patent obyekt kimi qəbul edilməyəcək. İnsanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
Həmçinin, yaradılan ixtira barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.
Bundan başqa, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilərək qəbul edilib.
Layihənin tam müzakirəsi və qəbulu yaz sessiyasına qalıb.
Qanun layihəsinə əsasən, Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına asbest və və tərkibində asbest olan məhsullar daxil ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















