Uçuşların dayandırılmasına sərt cavab: İran qonşu dövlətləri hədələyir
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ sanksiyaları çərçivəsində İrandan uçuşları qəbul etməyi dayandırdıqları təqdirdə qonşu ölkələrdəki hava limanlarının fəaliyyətini pozmaqla hədələyib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu bəyanatı dövlət televiziyası olan IRINN-ə müsahibəsində verib.
"ABŞ-nin tərəfini tutsanız, biz sadəcə izləməklə kifayətlənməyəcəyik. Qonşu ölkələr ABŞ-yə qoşularaq İrandan uçuşları dayandırsalar, onların hava limanları da bağlanacaq", - Rzayi deyib.
Amma o, Tehranın hansı konkret tədbirlər görmək niyyətində olduğu və ya xəbərdarlığın hansı ölkələrə aid edildiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent İran aviasiyasına qarşı genişləndirilmiş sanksiyalar elan edib. O, xarici hava limanlarının və xidmət şirkətlərinin ikinci dərəcəli sanksiyalar və dollar sisteminə çıxışın itirilməsi təhlükəsi altında İran təyyarələrinə yanacaq doldurması, yerüstü xidmət göstərməsi və ya uçuşlarına bilet satmasının qadağan olduğunu bildirib.
Məhdudiyyətlər qüvvəyə mindikdən sonra Tehrandan İraq, Gürcüstan, Azərbaycana uçuşlar ləğv edilib.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 24 Sentyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















