Icma.az
close
up
RU
Ucuz qiymətə alınan saxta ehtiyat hissələri sürücüləri sonradan peşman edir Vaqif Əsədov VİDEO

Ucuz qiymətə alınan saxta ehtiyat hissələri sürücüləri sonradan peşman edir Vaqif Əsədov VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ölkə ərazisində yayılması kütləviləşən saxta ehtiyat hissələri artıq bir çox sürücünün yaralı yerinə çevrilib. Avtomobil idarəçiləri paytaxtda, eləcə də bölgələrdə üz tutduqları ehtiyat hissələri mağazalarında orijinal hissə tapmaqda çətinlik çəkir. Çarə tapa bilməyənlər isə yenə də qeyri-orijinal ehtiyat hissəsi əldə edib maşını bir neçə ay ərzində “sürükləməyə” davam edir.

Avtosfer.az xəbər verir ki, sürücülərdə ucuz və keyfiyyətli məhsul axtarışına çıxmaq psixologiyası indi həm də dövlətin özünü narahat edir. Artıq yol polisi, aidiyyəti dövlət qurumları sürücülərə belə ehtiyat hissələrindən istifadə etməməyə çağırış edir, nəqliyyat vasitəsinin sazlığına diqqət etməyin vacibliyini vurğulayır.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin keçmiş mətbuat katibi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a müsahibəsində bildirib ki, saxta ehtiyat hissəsindən baş verən qəzalara uzun illərin təcrübəsində dəfələrlə rast gəlib. O qeyd edib ki, hadisələrin birində sürücü maşının idarəsini itirdiyinə görə avtomobili mağazaya çırpmışdı. Hadisədən bir az sonra isə avtomobilin idarəçisindən nə baş verdiyini soruşduqda, o, tormozun tutmadığını bildirmişdi. Sonradan ekspertiza nəticəsində məlum oldu ki, sürücü saxta əyləc qəlibindən istifadə edib və eyni zamanda uzun müddətdir əyləc mayesini dəyişmirmiş. Avtomobil idarəçilərini narahat edən sualları Vaqif Əsədova ünvanladıq:

- Sürücülər ehtiyat hissəsi aldığı zaman ucuz mal aldığı üçün qabağa düşdüyünü fikirləşir. Bəs əslində necədir: sürücü həqiqətən də qabağa düşür, yoxsa aldanmış olur?

-Avtomobili idarə edən şəxs tərəfindən təhlükəsizlik tədbirləri görülməlidir. Xüsusilə avtomobildə texniki cəhətdən nasazlıq yaranırsa, söz yox ki, orijinal ehtiyat hissələrinə üz tutulmalıdır. Avtomobil istismar edildikcə istehsalçı zavodun istifadəyə buraxdığı ehtiyat hissəsində hansısa nasazlıq yaranırsa, o zaman avtomobil istehlakçısı tərəfindən orijinal ehtiyat hissəsinə üstünlük verilməlidir. əks halda, qısa müddətdə qeyd etdiyimiz qeyri-orijinal ehtiyat hissəsi sıradan çıxır. Bu da son nəticədə sürücünün yenidən zərər görməsinə səbəb olur.

- Həm keçmiş polis polkovniki, həm də bir sürücü kimi təcrübənizdə saxta ehtiyat hissəsindən istifadənin avtomobil idarəçisinə problem yaratması halı ilə qarşılaşmısız?

- Uzun müddət avtomobil idarə edən şəxs kimi, yaxud da əmək fəaliyyətimin 40 ilinin avtomobillərlə bağlı, belə desək, təbliğat işlərində iştirak etmişəm. Hər bir halda, təcrübəmdə şahidi olmuşam ki, qeyri-orijinal ehtiyat hissələrindən istifadə etdikdə yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olub. Son həddə sürücülərin peşmanlığına səbəb olub.

- Əyləc qəlibləri, sükan idarəetmə sisteminim hissələri, keyfiyyətsiz alın şüşəsi, yağlar, asqı sisteminə aid hissələrin qeyri-orijinalığı sürücünün sürmə bacarığına əks təsir edirmi?

- Ümumiyyətlə, qeyri-orijinal ehtiyat hissəsi dedikdə, orijinala bənzər olması nəzərdə tutulur. Sürücü ehtiyat hissəsi aldıqda, onun orijinala bənzərliyinə və qiymətinin ucuzluğuna diqqət edərək almağa çalışır. Nəzərə alınmalıdır ki, orijinal ehtiyat hissələri qiymət cəhətdən nisbətən baha olur. Onun da istismarına diqqət yetirilməsi həmin nəqliyyat vasitəsinin də istismar müddətini artırır. Qeyri-orijinal ehtiyat hissəsindən istifadə edilməsi nəqliyyat vasitəsində nasazlıqların yaranmasına, eləcə də artmasına səbəb olur. Bu da son həddə hansısa formada yol-nəqliyyat hadisəsinin yaranması deməkdir. Ümumiyyətlə, sürücü nəqliyyat vasitəsində yaranan nasazlıqları avtomobili diaqnostika etdirərək aradan qaldırmalıdır. Eyni zamanda, avtomobilə quraşdırılan ehtiyat hissəsi istehsalçının tələblərinə cavab verməlidir.

- Sürücülərə ehtiyat hissələri ilə bağlı tövsiyəniz nədir? Maşının sükan idaretmə sistemi, alın şüşəsi, hətta təkərləri ilə bağlı nələrə diqqət etməlidirlər ki, qəzalara səbəb olmasınlar?

- Sürücülərə müraciət edərək bildirmək istəyirəm ki, idarə etdiyiniz nəqliyyat vasitəsində hansısa nasazlıq yaranıbsa, əldə etmək istədiyiniz ehtiyat hissəsi çalışın ki, orijinal olsun. Bir daha qeyd edim ki, avtomobilin təkərindən tutmuş, alın şüşəsi, digər idarəetmə sisteminin hissələri istehsalçı zavodun müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Ucuz və keyfiyyətsiz, qeyri-orijinal əldə etdiyiniz ehtiyat hissələri yol nəqliyyat hadisələrinin baş verməsinə və peşmalığa səbəb olur.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Yanvar 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri