Ehtiyat hissələri bahalaşır VİDEO
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin avtomobilləri üçün ehtiyat hissələri bazarında qiymətlər yenidən kəskin dəyişib.
Turkustan.az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti qısa müddətdə iki dəfədən də çox artıb.
Əsas səbəblər arasında bazarda məhsul qıtlığının yaranması göstərilir. Çin avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlı deyir ki, son günlərdə Hörmüz boğazında yaranan məhdudiyyətlərin fonunda həm məhsul qıtlığı, həm də qiymət artımı müşahidə edilir.
Satıcılar bildirirlər ki, məhsulların Azərbaycana çatdırılması üçün əvvəlki marşrutlardan fərqli, dolayı yollardan istifadə edilməsi də əlavə xərc yaradır. Yəni gərginliyin beynəlxalq yükdaşımalarına təsir etməsi sonda idxal edilən məhsulların qiymətində birbaşa özünü göstərir. Tural Rəhmanlı deyir ki, anbar ehtiyatlarının azalması və tələbatın yüksəlməsi də qiymətlərə təsir edən amildir.
Bahalaşma yalnız yeni ehtiyat hissələri ilə məhdudlaşmır. İkinci əl hissələrin qiymətində də oxşar tendensiya müşahidə olunur. Bəzi detallarda 15-20 faizə qədər artım var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 İyul 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















