Icma.az
close
up
RU
Ucuzdur deyə hamı alır, amma xəstəlik yayır AÇIQLAMA

Ucuzdur deyə hamı alır, amma xəstəlik yayır AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Məişət texnikası alarkən istehlakçılar tez-tez məhsulun qiyməti, brendi və dizaynına diqqət yetirirlər, lakin bir sıra vacib məqamlar və gizli risklər çox vaxt nəzərə alınmır. Aşağı keyfiyyətli texnika elektrik təhlükəsizliyi, yanğın riski və zəhərləyici materiallardan istifadəyə görə ciddi təhlükələr yarada bilər. Eyni zamanda, məhsulun enerji səmərəliliyi, sertifikatları və zəmanət müddəti kimi parametrlərin yoxlanılması həm uzunmüddətli xərclərin azalmasına, həm də sağlamlıq üçün risklərin minimallaşdırılmasına kömək edir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, məişət texnikaları alarkən qida təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir. 
"Bu baxımdan ən vacib məqamlardan biri həmin texnikanın hansı materiallardan hazırlanmasıdır. Təəssüf ki, bəzən bu amilə lazımi qədər diqqət yetirilmir. Halbuki mətbəxdə istifadə olunan cihazlarla qidalar hazırlanarkən və ya üyüdülərkən onların hazırlandığı materialın keyfiyyəti böyük əhəmiyyət daşıyır. Keyfiyyətsiz materiallardan hazırlanan texnikalarda müxtəlif hissələrin qırılıb qidanın içinə düşməsi kimi hallar baş verə bilər ki, bu da fiziki çirklənməyə səbəb olaraq insan sağlamlığı üçün ciddi risklər yaradır. Mətbəxdə qida ilə birbaşa təmasda olan məişət avadanlıqları arasında elektrik çaydanları, blenderlər və tost aparatları xüsusilə qeyd oluna bilər. Bu cihazların plastik və metal hissələri qida üçün təhlükəsiz materiallardan hazırlanmalıdır. Təcrübədə tez-tez rast gəlinir ki, məsələn, blenderdə müxtəlif məhsullar üyüdülərkən keyfiyyətsiz plastmas hissələr qırılır, bəzən isə hətta metal kəsici hissələr zədələnir. Bu hissələr qidaya qarışdıqda isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər".
Ekspert bildirib ki, qida təhlükəsizliyi baxımından soyuducu və dondurucuların keyfiyyəti də böyük əhəmiyyət daşıyır:
"Temperaturun stabil saxlanmaması bakteriyaların çoxalmasına şərait yarada bilər ki, bu da nəticədə qida zəhərlənməsinə səbəb olur. Xüsusilə ət və süd məhsulları, eləcə də hazır yeməklərin saxlanmasında temperatur rejiminə ciddi riayət olunmalıdır. Bu baxımdan soyuducuların keyfiyyəti və istifadə olunan materiallar mühüm rol oynayır. Ümumilikdə, məişət texnikası alarkən qida ilə təmas üçün uyğunluğunu təsdiqləyən sertifikatların olması, istehsalçı haqqında məlumatlar və məhsulun keyfiyyət standartlarına uyğunluğu mütləq yoxlanmalıdır. Hər hansı firmanın məhsulunu düşünmədən alıb qida hazırlanmasında istifadə etmək doğru yanaşma deyil. Daha məqsədəuyğun olan, bazarda öz keyfiyyəti ilə tanınmış və istehlakçıların etimadını qazanmış brendlərin məhsullarına üstünlük verməkdir".
Onun sözlərinə görə, bəzən bazarda ucuz məişət texnikaları təklif oluna bilər, lakin bu cür məhsullar hər zaman təhlükəsiz və etibarlı olmur.
Həmçinin oxu:
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandı
"Nəzərə almaq lazımdır ki, bu texnikalar qida ilə birbaşa təmasda olur və keyfiyyətsiz materiallar kimyəvi çirklənməyə də səbəb ola bilər. Texnikanın tərkibində olan bəzi maddələrin qidaya keçməsi isə xoşagəlməz nəticələr doğura bilər. Bu səbəbdən bir daha vurğulamaq lazımdır ki, aşağı keyfiyyətli mətbəx texnikası yalnız texniki problemlər yaratmır. Bu, həm də qidanın təhlükəsizliyinə mənfi təsir göstərir və nəticədə insan sağlamlığı üçün ciddi risklər yarada bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri