Icma.az
close
up
RU
“Ucuzluq Univermağ”ın 70 minini mənimsəyən gənc tiktokerlərə şir atırmış

“Ucuzluq Univermağ”ın 70 minini mənimsəyən gənc tiktokerlərə şir atırmış

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda və bölgələrdə fəaliyyət göstərən "Ucuzluq Univermaq" mağazalar şəbəkəsinin əməkdaşı 2000-ci il təvəllüdlü Nicat Abbasov həbs edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, N.Abbasovun işlədiyi şirkətə məxsus 70 min manata yaxın pulu mənimsəməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Bildirilib ki, Nicat 2021-ci ilin sonunda "Ucuzluq Univermaq" mağazalar şəbəkəsinə işə qəbul olunub. Onun vəzifəsi operator olsa da, mühasibatlıqda işləməyə başlayıb. İşi isə mal aldıqları firma və fərdi sahibkarlara, təchizatçılara ödəniş etməkdən ibarət olub.

Belə ki, Bakı şəhəri üzrə "Ucuzluq Univermaq" adlı mağazalarda malların satışından əldə olunan pulların hamısı bir yerə cəmləşib. Həmin məbləğin müəyyən hissəsi təchizatçının özünə nağd şəkildə verilib. Bir hissəsini isə mühasib nağd olaraq Nicata verib, təchizatçıların müxtəlif banklara aid kartlarının şəkillərini ona göndərib və hansı karta nə qədər pul köçürmək lazım olduğunu bildirib, ayrılan pulları köçürməyi ona tapşırıb. Nicat isə hissə-hissə olmaqla həmin pullardan 70 min manata yaxınını özündə saxlayıb. O, TikTokda jetonlar alaraq, müxtəlif tiktokerlərə 200-300 manat dəyərində hədiyyələr göndərib.

Nəticədə mağazaların sahibi, iş adamı Oruc Quluyevə külli miqdarda ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr tarixli hökmü ilə Nicat Abbasova 6 il həbs cəzası verilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri