ÜDM in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Yanvar ayında Azərbaycanda ÜDM 0,9% azalıb. Bu, əlbəttə, arzuolunan hal deyil. Amma bu tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz.
İlin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər. Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər.
Odur ki, iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmirəm.
Amma bütün hallarda 0,9%-lik azalma cidd siqnal olaraq qəbul edilməliidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artmışdır.
Eldəniz Əmirov
Baxış sayı:133
Bu xəbər 13 Fevral 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















