UEFA araşdırmaya hazırlaşır İnfantinonu nə gözləyir?
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Canni İnfantino ilə bağlı araşdırmaya başlaya bilər.
“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun qurumda baş katib vəzifəsində çalışdığı dövrdəki fəaliyyəti ilə bağlı araşdırma aparmağı nəzərdən keçirir.
Buna səbəb İnfantinonun UEFA-da çalışdığı dövrdə onunla münasibətdə olduğu iddia edilən qadına ödəniş edilməsi ilə bağlı ortaya çıxan məlumatlardır.
Nəşrin araşdırmasına görə, həmin qadına UEFA tərəfindən ödəniş edilib.
İnfantino isə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib və onları həqiqətə uyğun olmayan iddialar adlandırıb.
Qeyd edək ki, son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində ciddi narazılıqlara səbəb olub. UEFA onun istefasını tələb edir və FIFA prezidentinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi variantını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Avqust 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















