UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin Beynəlxalq Futbol Federasiyasının (FIFA) Prezidenti Canni İnfantinonu vəzifəsini tərk etməyə çağırıb.
Bakıvaxtı.az "L'Equipe"ə istinadən xəbər verir ki, Çeferin bu barədə Kopenhagendə Avropa Futbol Klubları Assosiasiyasının görüşündə bildirib.
"Bəsdir" deməyin vaxtıdır. Təsəvvür edin ki, arxanızca sizin mirasınızın satılması müzakirə olunur. Futbol onu idarə edən şəxslərdən daha vacibdir. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur, futbol satılmır", - Çeferin İnfantinonun adını çəkmədən bildirib.
İyul ayında Canni İnfantinonun FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi məlum olub. Onun fikrincə, "FIFA Forward Enterprise" şirkətinin yaradılması üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, dünya futbolunun inkişafına da töhfə verə bilər.
FIFA isə bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini bildirib. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid olunub. Bundan sonra İnfantino bu ideyadan imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Sentyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















