Fransa FİFA UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo FİFA rəhbəri Canni İnfantinoya dəstək verib.
QOL.az xəbər verir ki, jurnalist Romen Molinanın məlumatına görə, Diallo UEFA-nın FİFA ilə bağlı mövqeyini dəstəkləmək niyyətində deyil. Mənbə Fransa prezidenti Emmanuel Makronun da İnfantinoya dəstək verdiyini iddia edir.
Xatırladaq ki, FİFA-nın kommersiya və turnirlərin təşkili istiqamətlərini birləşdirəcək “FIFA Forward Enterprise” (FFE) strukturu yaratmaq və özəl investorları bu layihəyə cəlb etmək planı UEFA-nın ciddi narazılığına səbəb olub. Hətta dünya çempionatının boykot edilə biləcəyi barədə məlumatlar yayılıb.
Sonradan İnfantino layihə ilə bağlı fikir ayrılıqlarının olduğunu etiraf edib və təklifin həyata keçirilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, FİFA-ya 2016-cı ildən rəhbərlik edən İnfantino 2027-ci ildə yenidən prezident seçilmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Avqust 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















