Icma.az
close
up
RU
UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun oyunları maraqlı statistik göstəricilər və bir sıra rekordlarla yadda qalıb.

İngiltərə klublarının hegemonluğu

Dörd turun yekununa əsasən, İngiltərə təmsilçiləri ümumilikdə 24 qarşılaşmada 55 xal toplayaraq digər ölkələrin klublarını xeyli qabaqlayıblar. Bu göstəriciyə görə, növbəti yerləri Almaniya (28 xal, 16 oyun), İtaliya (26 xal, 16 oyun) və İspaniya (26 xal, 20 oyun) tuturlar.

“Mançester Siti” dayanmır: Holann tarix yazmaqda davam edir

Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” doğma meydanda “Borussiya”nı 4:1 hesabı ilə məğlub edib. İspaniyalı mütəxəssis ardıcıl 10 oyundur ki, Dortmund təmsilçisinə qarşı məğlub olmur. “Şəhərlilər”in evdəki məğlubiyyətsiz seriyası isə ÇL-in əsas mərhələsində 22 oyuna çatıb.

Komandanın yarımmüdafiəçisi Fil Foden karyerasında ilk dəfə Çempionlar Liqasında dubl edib. Norveçli ulduz Erlinq Holann isə tarixi uğura imza ataraq turnirdə 3 fərqli komanda (“Zalsburq”, “Borussiya”, “Mançester Siti”) ilə ardıcıl 5 matçda qol vuran ilk futbolçu olub. O, eyni zamanda qrup mərhələsinin ilk 4 görüşündə ən çox mövsümdə qol vuran ikinci oyunçu (2019/2020, 2020/2021 və 2024/2025) olub.

Bu mövsüm Holann klub və yığma səviyyəsində keçirdiyi 17 matçda 27 dəfə fərqlənib. Bernardo Silva isə karyerasında 100-cü dəfə ÇL-in oyununa çıxaraq bu göstəriciyə çatan dördüncü portuqaliyalı futbolçu kimi tarixə düşüb.

“Barselona” qol seriyasını uzatdı, amma müdafiə yenə zəif bənd oldu

“Barselona” Belçikada “Brügge” ilə 3:3 hesablı heç-heçə edib. Kataloniyalılar ardıcıl 51-ci oyununda qol vurmaqla tarixində ən uzun belə seriyanı rəsmiləşdirib. Lakin eyni zamanda “Barselona” son 9 matçda qapısından qol buraxaraq 2013-cü ildən bəri ən pis göstəricisini təkrarlayıb.

Brügge təmsilçisi isə 1969-cu ildən sonra ilk dəfə İspaniya klubuna 3 və ya daha çox qol vurub. Gənc hücumçu Karlos Forbs bu matçda həm qol, həm də məhsuldar ötürmə müəllifi olaraq 21 yaş 231 günlük ikən İspaniya nəhənginə qarşı bu nailiyyətə çatan ən gənc futbolçu adına sahib çıxıb.

“İnter”dən tarixi nəticə

“İnter” evdə “Kayrat”a 2:1 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə ÇL-də mövsümə 4 ardıcıl qələbə ilə başlayıb. Lautaro Martines ardıcıl 3 matçda fərqlənərək Adriano (2004/2005) və Samuel Eto (2010/2011) ilə eyni göstəricini təkrarlayıb. O, hazırda 2025-ci ilin turnirdəki bombardiri (12 qol) kimi öndədir.

“Nyukasl”dan 17 ildən sonra Avropada qələbə seriyası

“Nyukasl” “Atletik”i 2:0 hesabı ilə üstələyərək 2007-ci ildən sonra ilk dəfə avrokuboklarda ardıcıl üç oyunluq qələbə seriyası əldə edib. Ümumilikdə Premyer Liqa klubları bu mövsüm La Liqa təmsilçilərinə qarşı 8 qarşılaşmanın 7-də qalib gəlib.

“Benfika”da böhran dərinləşir: Mourinyo üçün antirekord

“Benfika” “Bayer”ə 0:1 hesabı ilə uduzaraq tarixində üçüncü dəfə ÇL-ə 4 ardıcıl məğlubiyyətlə başlayıb. Komandanın baş məşqçisi Joze Mourinyo üçün bu, turnirdə ardıcıl 6-cı məğlubiyyət olub. Bu, onun karyerasında ən uğursuz seriyası kimi yadda qalıb.

Viktor Osimhen növbəti dəfə “Qalatasaray”ın tarixinə düşdü

“Qalatasaray” səfərdə “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edib. Viktor Osimhen ardıcıl 8-ci avrokubok matçında fərqlənərək Türkiyə klubları tarixində ən uzun qol seriyasına imza atıb. Nigeriyalı hücumçu həm də 2002-ci ildən bəri (Yakubu Ayegbeni) ÇL-də het-trik edən ikinci afrikalı futbolçu olub.

“Pafos”dan möhtəşəm sensasiya: Kiprdə sürpriz nəticə

Kipr təmsilçisi “Pafos” evdə “Vilyarreal”a 1:0 hesabı ilə qalib gələrək ölkə futbolu tarixində Çempionlar Liqası qrup mərhələsində qələbə qazanan üçüncü komanda olub. Maraqlıdır ki, bu, həm də İspaniya klublarının turnir tarixində kiprli rəqiblərə qarşı ilk məğlubiyyətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri