UEFA ötən mövsüm AFFA ya 11 milyon avrodan çox vəsait ayırıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 13 fevral, AZƏRTAC
UEFA 2024/2025-ci illər mövsümünün maliyyə hesabatını açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm AFFA-ya ümumilikdə 11 milyon 54 min avro vəsait ayırıb.
Bunun 2 milyon 980 min avrosu Azərbaycan yığmasına görə (illik həmrəylik ödənişi) milli assosiasiyanın hesabına köçürülüb.
Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində isə 4 milyon 802 min avro vəsait ödənilib. Avropa Liqasında (1 milyon 37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) mübarizəni dayandıran klublara görə ümumilikdə 3 milyon 222 min avro vəsait ayrılıb.
Qadınlar arasında Çempionlar Liqasında iştirak etməyən klublar üçün həmrəylik ödənişi isə 50 min avro təşkil edib.
Qeyd edək ki, həmrəylik ödənişləri avrokubokların ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Fevral 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















