UFC rəhbəri keçmiş çempionu “soyuqqanlı qatil” adlandırdı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
UFC prezidenti Dana Uayt təşkilatın iki çəki dərəcəsində keçmiş çempionu Con Consu yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, təşkilat rəhbəri 39 yaşlı amerikalını qarşılaşdığı ən sərt döyüşçülərdən biri adlandırıb.
“Con Cons bu planetdə gəzmiş ən sərt adamdır. O, başqadır, soyuqqanlı qatildir. Bunu deyəndə insanlar məni həmişə ələ salırlar. Bu oğlan tünd xarakterlidir”, – deyə Uayt “Nightcap” YouTube kanalına müsahibəsində bildirib.
UFC prezidentinin sözlərinə görə, Consun görkəmli keyfiyyətləri onun təbii fiziki məlumatları ilə də bağlıdır.
“Con, açıq-aydın, fiziki cəhətdən istedadlıdır. O, atletik cəhətdən qeyri-adi ailədəndir. Onun iki qardaşı da peşəkar futbolçudur”, – deyə Uayt qeyd edib.
O, həmçinin Consun UFC-nin keçmiş çempionu Daniel Kormye ilə məşhur münaqişəsini xatırladıb. Söhbətlərin birində Kormye rəqibinin üzünə tüpürməklə hədələyib, Cons isə ona ölümlə hədələməklə cavab verib.
“Və sən Cona və onun dediklərinə inanmaya bilməzsən. Bu oğlan əsl soyuqqanlı qatildir”, – deyə Uayt əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Sentyabr 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















