Icma.az
close
up
RU
Uğura və ölümə tələsən alim...

Uğura və ölümə tələsən alim...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətləri tarixi torpağımız olan İrəvanla bağlıdır. Zamanında şəhərə özünəməxsus azərbaycanlı mühiti hakim idi və bu mühitdə sonralar ictimai-fəlsəfi fikir tariximizin önəmli simalarına çevrilən çoxlu sayda ziyalılar formalaşıb. Onlardan biri də  filosof alim Heydər Hüseynov olub.

Heydər Hüseynov tarixin bu günündə - 3 aprel 1908-ci ildə İrəvanın Təpəbaşı məhəlləsində tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində dünyaya göz açıb. Ailədəki altı uşağın sonbeşiyi olub. Heydər anadan olandan az sonra atası vəfat edib. Böyük qardaşı Yusif 1918-ci ildə erməni quldur dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, 1920-ci ildə isə Bakıya köçüb. Heydər Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüb. O yalnız on iki yaşında Bakıdakı 18 saylı məktəbin şagirdləri sırasına qatılıb. Heydər Hüseynov 1927-1931-ci illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib.

Fitri istedad sahibi

Mühit və fərdi keyfiyyətlər şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Heydər Hüseynovun, necə deyərlər, bəxti onda gətirib ki, o həm orta məktəbdə, həm də sonralar ali təhsil aldığı Pedaqoji Universitetdə sözün əsl mənasında seçilən ziyalı mühiti ilə əhatə olunub. H.Hüseynovun böyük qızı Sara xanımın xatirələrində yazdığına görə 18 nömrəli məktəbdə atası ilə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əbülfəz Qarayev, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov kimi sonralar Azərbaycan ədəbiyyatının və mədəniyyətinin parlaq simalarına çevrilən gənclər oxuyublar. Onlar Feyzulla Qasımzadə, Hənəfi Zeynallı, Atababa Musaxanlı kimi dövrün ziyalılarından dərs alıblar. Ali təhsil aldığı Pedaqoji Universitetdə isə Heydər Hüseynova Azərbaycan dilindən Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, fəlsəfədən Mikayıl Hüseynovun, Cahangir Nağıyevin və digərlərinin mühazirələrinə qulaq asmaq xoşbəxtliyi nəsib olub.

Belə zəngin mühit və əlbəttdə ki, fitri istedadı, tükənməz enerjisi, zəhmətsevərliyi onu hələ gənc yaşlarında  zirvələrə yüksəldib.  Heydər Hüseynov 1939-cu ildə 31 yaşında “M. F. Axundovun fəlsəfi görüşləri” əsərini Tbilisi Universitetində müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sonradan H. Hüseynovun Azərbaycanda fəlsəfə elminin inkişafında böyük xidmətləri olub. O, bir müddət ayrı-ayrı ali məktəblərdə fəlsəfə elmini tədris edib və getdikcə fəlsəfə sahəsində elmi axtarışlarını genişləndirib. 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. O vaxt H. Hüseynovun 36 yaşı var idi. Heydər Hüseynov bir-birinin ardınca “Dialektik materializm”, “Dialektika və metafizika”, “Rusca-azərbaycanca lüğət” kitablarını nəşr etdirib.

1940-cı ildə H.Hüseynov keçmiş ittifaqın “Şərəf nişanı” ordeninə layiq görülüb. Həmin vaxt o, SSRİ EA Azərbaycan filialının sədr müavini, 1944-cü ildən isə sədri vəzifələrini daşıyıb. Bu illərdə məhsuldar alimin “Axundovun fəlsəfi baxışları” (1942), “Vətənpərvər şair Səməd Vurğun” (1942), “Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində” (1944), “Ədəbi qeydlər” (1945) və digər kitabları işıq üzü görüb. O həm də “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin (1-2-ci cild; 1943-1944) redaktorlarından biri olub.

Bu dövr H.Hüseynov yaradıcılığının ən yüksək zirvəsi onun M.Mirbabayevlə və Ə.Orucovla birlikdə tərtib etdiyi “Rusca-azərbaycanca tam lüğət” (1940-1946) kitabının işıq üzü görməsi olub. Hələ lüğətin 4-cü cildi çapdan çıxmamış 1943-cü ildə akademik İ.Meşşaninov onu “rus milli lüğətləri içərisində ən böyüyü” adlandırıb və Azərbaycan alimlərinin əməyini yüksək qiymətləndirib. Bu əsərə görə Heydər Hüseynov “Stalin” mükafatı (sonralar SSRİ Dövlət mükafatı) laureatı adına layiq görülüb. H.Hüseynov 1946-cı ildə “Nizaminin ictimai görüşləri”, 1950-ci ildə “Görkəmli Azərbaycan alimi A.A.Bakıxanov”, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitablarını nəşr etdirib və 1950-ci ilin mart ayında növbəti dəfə “Stalin” mükafatını alıb.

Bir sinfin iki əqidə şəhidi - Mikayıl Müşviq və Heydər Hüseynov

H.Hüseynovun böyük qızı Sara xanımın yazdığına görə, 18 nömrəli məktəbdə atası Mikayıl Müşfiqlə bir sinifdə oxuyub. Bu, təsadüfdürmü? Demək, çətindir. Bəlli olan isə odur ki, onların hər ikisinə milli ruh, vətənpərvərlik hissi hakim kəsilmişdi. O dövrün siyasi rejimi belə istedadlı gəncləri sevmir və bağışlamırdı. Mikayıl Müşfiq repressiya qurbanı oldu, həyatdan vaxtsız köçdü. Heydər Hüseynov da milli ruhlu ziyalı idi, onun yazdığı hər sətirdə müxtəlif fəlsəfi düşüncələrin əksini tapması ilə yanaşı, həm də bir milli kimlik obrazı yaradılırdı. Heydər Hüseynovu əqidə şəhidi adlandıran Heydər Əliyev onun fəlsəfi yaradıcılığını belə dəyərləndirib: “Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov  Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni və ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır”.

Bəli, Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərliyində dözümsüzlük başlayıb. Qaynaqlarda verilən məlumatlara görə, Heydər Hüseynovun “Stalin” mükafatına layiq görülməsi respublikanın o vaxtkı rəhbərliyinin xoşuna gəlməyib. Ona qarşı qısqanclıq başlayıb, təqiblər, şikayətlər ara verməyib. Alim əsassız, obyektivlikdən uzaq tənqidlərə məruz qalıb. 1950-ci ilin mayında Azərbaycan KP MK-nın büro iclasında onun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabı ciddi şəkildə tənqid edilib. Onun 19-cu əsr Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği və sufizmin təqdir edilməsi anlamında dəyərləndirilib. Alim layiq görüldüyü  Dövlət mükafatından məhrum edilib. Təqib və təhqirlərə dözməyən akademik H.Hüseynov 1950-ci il avqustun 15-də intihar edib. Məşum hadisə Şüvəlanda baş verib. Heydər Hüseynov həyatda həmişə tələsib. Uğurlara tez çatıb, elə ölümə də. Həyatla vidalaşanda onun cəmi 42 yaşı olub...

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri