Icma.az
close
up
RU
Uğurlu ailələr dövlətçiliyimizin inkişafının qarantıdır

Uğurlu ailələr dövlətçiliyimizin inkişafının qarantıdır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender, ailə və demoqrafiya məsələləri cəmiyyəti düşündürən vacib məsələlərdən biri hesab olunur. Çünki Azərbaycanda ailə dəyərləri xüsusi ayrıcalıq daşıyır. Xüsusilə də ölkəmiz demokratik inkişaf yolu seçdiyinə görə cəmiyyətdə qadınların rolunun daha da yüksəldilməsinin vacibliyini önə çəkib.

Bakıvaxtı.az xəbər verir ki, gender siyasətinin ölkədə uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasının əsas məqsədi qadınların hüquqlarının qorunması, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının təmin edilməsindən ibarətdir. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edib. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulub. 2000-ci ilin mart ayında cənab Prezident Azərbaycan Respublikasında "dövlət qadın siyasətinin həyata keçirilməsi üzrə" fərman imzalayıb. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.

Bundan başqa, gender bərabərliyinə nail olmaq və qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət milli mexanizmlərin yaradılması ilə yanaşı, bu sahədə QHT-lərin fəaliyyəti üçün də əlverişli şərait yaradıb. Hazırda Azərbaycanda qadın problemləri ilə məşğul olan kifayət qədər QHT mövcuddur. Yerli və beynəlxalq QHT-lər gender bərabərliyinin təmin olunması və qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik aktlarının, həm də inzibati tədbirlərin hazırlanması və həyata keçirilməsinə fəal cəlb edilir.

Onu da qeyd edək ki, ölkəmizdə yalnız gender bərbərliyi istiqamətində addımlar atılmır. Belə ki, ailə münasibətlərinin tənzimlənməsi istiqamətində də həm dövlət, həm ictimai təşkilatlar, həm də Qeyri-Hökumət təşkilatları problemli ailələrə yardım göstərmək istiqamətində məqsədyönlü iş aparırlar. Azərbaycanın ailə modelinin ən etibarlı model kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyətli rol oynadığı hər kəsə bəllidir. Təəssüf ki, son zamanlar gənc ailələrin dağılması hallarının artması yüksələn ardıcıllıqla gedir. Bu xoşagəlməz halın başvermə səbəbləri müxtəlifdir. Azərbaycan dövləti bu mənfi tendensiyanın qarşısını almaq üçün bir sıra vacib tədbirlər görür və əhali arasında hüquqi maarifləndirmə işini təmin etmək üçün müxtəlif qurumların fəaliyyətini gücləndirir.

Lamiyə Qurbanova: Gender, ailə və demoqrafiya məsələləri üzrə atılan addımlar qənaətbəxşdir

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə QurbanovaBakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkəmizdə gender, ailə və demoqrafiya məsələləri üzrə atılan addımları qənaətbəxş hesab etmək olar.

Onun sözlərinə görə, ailə dövlətin özəyidir və insan üçün olduqca böyük əhəmiyyət kəsb edən bir mühitdir:

"Ailənin dağılması insan həyatının mənasız və məqsədsiz yaşanmasına gətirib çıxarır. Uğurlu ailələr dövlətçiliyimizin inkişafının qarantıdır, uğurlu ailələr dövlətçiliyimizin inkişafına xidmət edən layihələrin keyfiyyətli icrasını təmin edir: ailələrdə yetişən nəslə mənəvi dəyərlərimiz aşılanır; ailələr bir istehlakçı olaraq dövlətin iqtisadi inkişafına töhvə verir, cəmiyyətin sabitliyini və inkişafını təmin edir, dövlətin demoqrafik siyasətinə töhvə verir, şəxsiyyətin formalaşdırılmasında münbit baza, mənbə rolu oynamaqla sosial cinayət - problemlərin azalmasına kömək edir. Təbii ki, qeyd edilənlər kontekstində dövlət də uğurlu ailələrin mövcudluğunda və say çoxluğunda maraqlı olmaqla yanaşı, bu prosesi dəstəkləyəcək layihələr həyata keçirir. Dövlət sağlam, uğurlu ailələrin qurulmasında, qorunmasında, təbliğində maraqlıdır və ümid edirəm ki, bu istiqamətində sosial layihələrin icrası gün-gündən aktivləşəcək. Lakin nəzərə alınmalıdır ki, ailə institutlarının dağılmasına qarşı yönəldilmiş qlobal təsirlərdən biz də yan keçmirik: gün-gündən kişi və qadın qarşıdurmalarının sayını artırmaq, ailələri dağıtmaq, eləcə də ailəsiz şəraitin qurbanı olan insanların daha asanlıqla idarəsini həyata keçirmək..."

Psixoloq açıqlamasında ailələrin dağıdılması istiqamətində düşünülmüş təsirlərin məqsədlərinin bəzilərini təhlil edib.

"Məsələn, qadın ailəlidirsə, təbii ki, ona var gücü ilə işlətmək çətinlik törədir. Çünki bu qadının ailəsi qarşısında da öz öhdəlikləri mövcuddur: övladlarına, həyat yoldaşına qayğı göstərməlidir. Lakin ailəsi dağılmış qadın ərinə qulluqdan “azad” olur, o cümlədən işləmək üçün övladlarını baxıcı yanına qoymağa məcbur olur, işdəki tapşırıqları var gücü ilə yerinə yetirir ki, dolanışığını təmin edə bilsin. Eləcə də ailəsi dağılmış kişilər ərlik "məsuliyyəti"ndən azad olaraq daha çox idarə olunmağa, təsir altına düşməyə meyilli olurlar. Çünki travmatik stresslər onların sağlam düşüncəsinə problem yaradır. Bu cür məsələlərdə məqsəd qlobal məkanda insanların daha asanlıqla idarə edilməsidir. Ailə xoşbəxtlik məkanı olduğu kimi, bədbəxlik məkanı rolunu da oynaya bilir", - deyə L.Qurbanova vurğulayıb.

Müsahibimiz hesab edir ki, ailə dəyərlərinin qorunması və boşanmaların qarşısını almaq üçün KİV-də ailə problemlərini işıqlandırmaq yolverilməzdir:

"Televiziya verilişlərində maarifləndirici mövzulara geniş yer verilməlidir, ailə quranlara maddi dəstək layihələri (güzəştli şərtlərlə mənzil, toy xərclərinə dəstək, birdəfəlik nikah müavinətləri və s.) həyata keçirilməlidir. Ailə həyatındakı neqativliklərin insan sağlamlığına, nüfuzuna, statusuna, işgüzar uğurlarına təsirinin qaçılmaz olması bir faktdır. Ona görə də insan həyatı üçün bu qədər əhəmiyyət kəsb edən ailə həyatına hazırlıq məsələləri adi hala çevrilməli və təbii qəbul edilməlidir. Ailə həyatına psixoloji hazırlıq prosesi bir sıra istiqamətləri özündə fiziki və sosial yetkinliyin nikaha daxil olmaq üçün yetərli olması; ailə mədəniyyəti haqqında məlumatlılıq; ailə problemlərini həll edəcək intellektual səviyyənin olması; ailə qurmaq üçün motivasiyanın formalaşması və nikaha daxil olacaq cütlüklərə fərdi yanaşmadan asılı olaraq lazımi psixoloji hazırlıq proqramının seçilməsi və icrasını birləşdirir. Arzu edərdim ki, nikaha daxil olacaq cütlüklər ailə həyatına psixoloji hazırlıqla bağlı məcburi təlimlərə cəlb edilsinlər və bu təlimlərin maddi qarşılığı da dövlət tərəfindən nikah hədiyyəsi olaraq təmin olunsun".

Nail Cəlil: Ailə siyasəti ilə bağlı çox effektiv addımlar atılıb

Sosioloq Nail Cəlil isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gender, ailə və demoqrafiya məsələləri üzrə atılan addımlarda müsbət və tənqid olunacaq məqamlar var:

"Ailə siyasəti ilə bağlı çox effektiv addımlar atılıb. Lakin ailə dəyərlərinə münasibətdə yadlaşma, boşanmaların sayının artması və uşaqpulu verilməməsi fonunda ailələrin 1 və ya 2 uşaqla kifayətlənməsi gələcəkdə demoqrafik azalmaya səbəb ola bilər”.

Müsahibimiz qeyd edib ki, əslində Azərbaycan əhalisi müəyyən müddətdən sonra artmalıdır, amma təəssüf ki, azalma qeydə alınır. Demoqrafiya və ailə problemlərinin tənzimlənməsi istiqamətində atılan addımların qənaətbəxş olması bir qədər şübhəlidir:

“Xüsusən də iqtisadi və sosial problemlər fonunda əhalinin 1/3 hissəsi xarici ölkələrə getməyə meyllidir. Bu vəziyyət demoqrafik göstəricilərin mənfi saldosunu şərtləndirən başlıca amillərdəndir".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri