Icma.az
close
up
RU
“Uğurlu antiterror əməliyyatı xalqımızın vətən sevgisinin təntənəsi idi”

“Uğurlu antiterror əməliyyatı xalqımızın vətən sevgisinin təntənəsi idi”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu lokal xarakterli antiterror tədbirlərinin başa çatmasından iki il ötür. Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, xalqımızın vətən sevgisinin təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini zəruri etdi. Dövlətimizin dəfələrlə etdiyi sülh çağırışları, bölgədə dayanıqlı sülh və əmin-amanlığın təmin olunması məqsədilə danışıqlara başlamaq haqqında bəyanatları, eləcə də sülh müqaviləsi imzalamaq haqqında irəli sürdüyü təkliflərin Ermənistan tərəfindən etinasız qarşılanması, qeyri-adekvat münasibətin sərgilənməsi, dövlətimizi 2020-ci ildə olduğu kimi, yenə də tarixi ədalətin bərpası naminə real addımlar atmaq məcburiyyəti qarşısında qoymuşdu”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat bildirib ki, Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycanın üzləşdiyi ən çətin problemlərdən biri işğal dövründə ermənilər tərəfindən talan edilmiş, viran qoyulmuş yaşayış məntəqələrimizin bərpası ilə yanaşı, digər çətin məqam - azad edilmiş ərazilərin minalar və partlamamış silah-sursatla həddən artıq çirklənməsi idi: “Bir sözlə, Ermənistanın xalqımıza qarşı apardığı mina terroru Vətən müharibəsindən sonra da davam edirdi. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bununla da Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, vətəndaşların təhlükəsizliyinin qorunması və konstitusiya quruluşunun müdafiəsi məqsədilə həyata keçirilən antiterror əməliyyatı beynəlxalq hüquq və normalara əsaslanırdı”.

M.Cəfərov əlavə edib ki, bu əməliyyatdan sonra Ermənistanda geosiyasi vektor dəyişikliyi baş verdi: “Ermənistanın revanşist düşüncələrdən uzaqlaşaraq sülh prosesinə konstruktiv yanaşması, sülhlə bağlı təşəbbüslərə töhfə verməyə başlaması, Ermənistanın sülh masasına gətirilməsi baxımından da əməliyyatın tarixi əhəmiyyəti əvəzsizdir. Məhz Ağ Evdə imzalanan sülh öncəsi razılaşmada Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatların rolu böyükdür. Bu gün Ermənistanın sülhə verdiyi xoş münasibət öz istəyindən irəli gəlmədiyi də məlumdur. Çünki Azərbaycan Ermənistana başqa ikinci bir seçim haqqı tanımadı. Hazırda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün yaratdığı reallıqlara uyğun siyasi xətlə geosiyasi proseslərin mərkəzində olmaqla bərabər qlobal güc olma iddiası ilə baş verən proseslərin ən önəmli oyunçularından biridir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri