Icma.az
close
up
RU
Artan nüfuz və uğurlu əməkdaşlıq

Artan nüfuz və uğurlu əməkdaşlıq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Azərbaycan regional təhlükəsizliyə özünəməxsus səviyyədə töhfələr verir ki, bu da beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin apardığı enerji siyasəti dünyada regional, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Bu beynəlxalq forum artıq sürətlə dəyişən qlobal mənzərənin və regional çağırışların müzakirə olunduğu mühüm platformaya çevrilib.

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.

Prezident İlham Əliyev forumda çıxış edərək Azərbaycanın  türk dünyasına aid olan dövlətlərlə əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini,  bizləri  tarix, etnik köklər birləşdirdiyini, dillərimiz arasında, mədəniyyətlərimiz və adət-ənənələrimiz arasında kifayət qədər oxşarlıqlar olduğunu diqqətə çatdırıb.Azərbaycanın hər zaman  Türk Dövlətləri Təşkilatnın  daha güclü olması üçün öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında daha aydın görmək olar.Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.

Prezident İlham Əliyev çıxışında  günü gündən inkişaf edən Azərbaycan Gürcüstan əlaqələrinə də toxunub. Qarşılıqlı sadiqlik və dostluq üzərindən qurulan bu əlaqələrin nə qədər möhkəm olduğunu Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk xarici səfərini ölkəmizə etməsi bunu bir daha sübut etdi.

Dövlət başçısı İlham Əliyevin forumda cıxışı zamanı toxunduğu əsas məsələlərdən biri  də Ermənistan-Azərbaycan münasibətləri, Azərbaycanın regionda dayanıqlı sülhün əldə olunması üçün göstərdiyi səylərin diqqətə çatdırılması oldu.Bir daha bəyan olundu ki, məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. “Halbuki bizim hamımızın buna imkanı var idi. Ermənistan regionda reallaşan layihələrin bir hissəsi ola bilərdi. Lakin “böyük Ermənistan” xülyası buna mane oldu. Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, təbii olaraq bu proses silahlanma fonunda baş verə bilməz.

Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan – Çin münasibətlərinə də toxunaraq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni önəmini xüsusi vurğulayıb: “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Beləliklə, ADA-da keçirilən forum bu dəfə də maraqlı müzakirələrlə yadda qaldı. Burada verilən bəyanatlar həm də Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdim olunması baxımından əhəmiyyətli oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri