Icma.az
close
up
RU
Ugurlu Günnüt əməliyyatı, 11 min hektar azad ərazi, şanlı tarix: 7 il ötür

Ugurlu Günnüt əməliyyatı, 11 min hektar azad ərazi, şanlı tarix: 7 il ötür

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Ordusunun dönüş nöqtəsi hesab etdiyi Aprel döyüşlərindən tam 2 il sonra, Günnüt əməliyyatı böyük və qəti qələbəmizin növbəti müjdəsi oldu. 2018-ci il 27 mayında baş vermiş bu tarixi hadisədən 7 il ötür.


Adalet.az xəbər verir ki, 2018-ci il mayın 20-dən 27-dək Əlahiddə Ümumqoşun Ordunun uğurlu əməliyyat keçirərək Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarını azad etdi. Dərələyəz mahalının Arpa kəndi də Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Beləki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.  Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Hərbçilərimizin, hərbi ekspertlərin dediyi kimi Günnüt əməliyyatının uğurla başa çatması ordumuzun özünə inamını, döyüş əzmini daha da artırdı. Aprel döyüşündən sonra yüksələn döyüş əzmi Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı və 44 günlük müharibədə tarixi Qələbə üçün zəmin oldu.


“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bir neçə il əvvəl Günnüt əməliyyatının əhəmiyyəti haqqında mediaya belə bir açıqlama vermişdi:" 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğalda idi, 2016-cı il Aprel döyüşlərində ordumuz çox böyük uğura imza atdı. Bu da insanlarımızı gec-tez torpaqlarımızın düşmən tapdağından azad olunmasına inamını daha da artırdı. Aprel döyüşləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev dövlət və ordu quruculuğunda gördüyü işlərin, apardığı siyasətin mahiyyətini, miqyas və əhəmiyyətini göstərdi. Əslində Günnüt əməliyyatı Prezidentimizin torpaqlarımızın azad edilməsi istiqamətində apardığı qətiyyətli və cəsarətli işin davamı idi. 44 günlük Vətən müharibəsində Qarabağı işğalçılardan azad edilməsində əvvəlki illərdə aparılan lokal əməliyyatların böyük əhəmiyyəti oldu. Xalq ordumuzun gücünü açıq-aydın gördü, daha inamla onu dəstəklədi. Ordumuz da psixoloji baxımdan çox ciddi üstünlük əldə etdi. Bu vacib üstünlük 2020-ci ilin sentyabrın 27-də başlayıb və noyabrın 10-da möhtəşəm Zəfərlə yekunlaşdı. Yəni, 2016-cı il Aprel döyüşlərindən sonra keçirilən Günnüt əməliyyatı 44 günlük Vətən müharibəsindəki Zəfərin şanlı başlanğıcından biridir.
Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanına, ordusuna inanır və güvənir. Prezident-Xalq-Ordu birliyi Azərbaycanımızı həmişə qələbəyə, yeni-yeni zəfərlərə aparacaq. Bütün şəhidlərimizi ehtiramla anırıq, qazilərimizə cansağlığı arzulayırıq. Biz Qarabağ qaziləri bundan sonra da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşəcəyik!”

 Günnüt əməliyyatını qələbə ilə başa vuran Azərbaycan ordusuna eşq olsun!

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizə Allahdan  sağ can arzulayırıq!

 Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 May 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri