Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır".
"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.
Onun sözlərinə görə, uğur qazanmaq üçün çox çalışmaq lazımdı:
"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım".
Baş məşqçi əlavə edib ki, "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir:
"2009-cu ildə Avqoliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















