Uitkof kəskin tənqid olundu "Görüşlərə hazırlaşmır"
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun iş üslubu həm amerikalı, həm də avropalı diplomatlar arasında narazılıq doğurur.
Bakupost.az xəbər verir ki, “Politico” bu barədə bir neçə mənbəyə istinadən yazır.
Bildirilir ki, Uitkof ekspertləri dinləmir və kəşfiyyat hesabatları ilə tanış olmur. Onun görüşlərə hazırlıqsız və məlumatsız qatıldığı, həmçinin ofisində Rusiya üzrə anlayışı olan kifayət qədər əməkdaş olmadığı deyilir.
Bir neçə mənbənin sözlərinə görə, Uitkofun təcrübə çatışmazlığı göz qabağındadır.
Xüsusi nümayəndəni müdafiə edənlər onun işi nəticəsində Donald Tramp ilə Vladimir Putin arasında Alyaskada baş tutmuş tarixi görüşü misal çəkirlər. Lakin tənqidçilər bu görüşün tələsik təşkil olunduğunu, zəif hazırlandığını və heç bir konkret irəliləyişə gətirib çıxarmadığını bildirirlər.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















