Uitkoff: İranla razılaşma yalnız nüvə proqramının tam ləğvi halında mümkündür
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranla istənilən razılaşma yalnız Tehranın nüvə zənginləşdirmə və silah proqramını dayandırması və ləğv etməsi halında mümkün olacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
O qeyd edib ki, İranla əldə ediləcək potensial razılaşma Prezident Donald Trampın siyasətlərinə uyğun şəkildə qurulmalıdır. Uitkoff Tehranın nüvə proqramının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
“İranla saziş yalnız Trampın razılaşması olduqda tamamlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır. Bu o deməkdir ki, İran nüvə zənginləşdirmə və silahlaşdırma proqramını dayandırmalı və ləğv etməlidir. Dünya üçün ədalətli bir razılaşma yaratmaq vacibdir. Trampın məndən istədiyi budur”, - Uitkoff bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















