Icma.az
close
up
RU
Uitkoffun səfərinə Moskvadan REAKSİYA “Rusiya yalnız bu halda sülhə razılaşacaq”

Uitkoffun səfərinə Moskvadan REAKSİYA “Rusiya yalnız bu halda sülhə razılaşacaq”

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Rusiya amerikalıların öz sülh planında nə hazırladığını başa düşmək üçün Uitkoff ilə bu görüşü səbirsizliklə gözləyir. Əvvəlcə bu plan 28 bənddən ibarət idi, Avropadakı müzakirələrdə sonra onların sayı 19 bəndə düşdü. Daha sonra 24 maddə olduğu bildirildi. Buna görə də, plan çərçivəsində ABŞ-ın nə təklif etdiyini bilmək Rusiya üçün maraqlıdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Strateji araşdırmalar mərkəzinin müdir müavini Daria Qrevtsova deyib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada 2 dekabrda baş tutması gözlənilən görüşünü şərh edən analitik, Kiyevin də ABŞ-ın planından xəbərsiz olduğunu bildirib.
Bu baxımdan da, sabah reallaşacaq görüş diqqətlə izləniləcək:
“Kiyevdə də bu planın müzakirə olunduğu görüşlər olub. Amma nəticə nədir? Biz yalnız kütləvi informasiya vasitələrindən planın məzmunu barədə məlumat alırıq. Əgər ABŞ “gəlin Rusiyanın irəliləyişini dayandıraq və Ukrayna ordusunun yenidən silahlanmasına, ümumi səfərbərlik keçirməsinə, yenidən qruplaşmasına imkan yaradaq” təklifini irəli sürəcəksə, əlbəttə, bu Moskvanın maraqlarına qətiyyən uyğun deyil. Rusiyanın uğurlu hücumunu dayandırmaq üçün deyil, çünaqişənin əsas səbəbləri üzrə danışıqlar aparılmalıdır”.
Qrevtsova hesab edir ki, Rusiyanın təklifləri qəbul olunmasa, Trampın sülh planı da, reallaşmayacaq:
“Əsas məsələlər bunlardır: rus dilinin dövlət dili statusu məsələsi, Ukraynada “Azov” da daxil olmaqla bütün neonasist batalyonların buraxılması və əlbəttə ki, Ukraynada pravoslav kilsəsinə qarşı təqiblərin dayandırılması. Rusiyanın bütün bu tələbləri eşidilməlidir. Tramp da bu məqamlara görə Rusiyaya söz vermişdi. Lakin o sözlərdən sonra Tramp tərəfindən “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edildi. Bu da çox narahatedici və gözlənilməz siqnal oldu. Guya hər şey danışılıb, sülh yolu seçilib, ortaq həll yolları tapılacağı bildirilib. Amma əməldə tam başqa addım atıldı. Buna görə də Uitkoffun hansı təkliflə gəldiyi çox ciddi suallar yaradır”.
Qrevtsova əlavə edib ki, Rusiya hələ də bu sülh planını rəsmi şəkildə görməyib, yalnız KİV-lərdəki sızmalar var.
Çox güman ki, bu sülh planı Rusiyanı qane etməyəcək:
 

“Çünki oxuduğumuza görə orada münaqişənin əsas səbəblərinin həlli yoxdur. Rus dilinin dövlət dili statusu barədə bənd yoxdur, pravoslav kilsəsinə təzyiqlərin dayandırılması barədə bənd yoxdur. Təbii ki, müharibəyə səbəb olan məsələlər qeyd olunmadan belə bir plan Rusiyanı qane edə bilməz. Üstəlik, Ukraynanın NATO-ya üzv olmaması və digər tanınmış səbəblər də nəzərə alınmayıb.


Gördüyümüz kimi, Zelenski bu müharibəni dayandırmaq istəmir, çünki o, münaqişənin əsas səbəbləri ilə bağlı ümumiyyətlə danışmır. Bu sülh planında Ukraynanın öhdəlikləri ilə bağlı lazımi bəndlərin olmaması dialoqun davam edəcəyini göstərir. Çünki Rusiya çox güman ki, plana öz əlavələrini edəcək. Beləcə, diplomatik proses bir müddət daha davam edəcək”.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri