Rəsmi Moskvadan ABŞ dakı razılaşmaya reaksiya: Rusiya Cənubi Qafqazda...
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır. Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına əsaslanaraq hərtərəfli normallaşmasıdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.
“Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olmağa töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikalarının rəhbərlərinin Vaşinqtonda görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək.
İki ölkə arasında barışıq regional kontekstdə inteqrasiya olunmalı və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır.”, o qeyd edib(Report).
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Avqust 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















