Icma.az
close
up
RU
Stiv Uitkofun açıqlaması siyasi manipulyasiyaya bənzəyir ŞƏRH

Stiv Uitkofun açıqlaması siyasi manipulyasiyaya bənzəyir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür


 Rəsmi Bakı xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir


Azərbaycan tezliklə "İbrahim sazişləri"nə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır. Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər. Son günlərdə diplomatik təcrübəyə malik onlarla tanınmış ravvin ABŞ Prezidenti Donald Trampa məktub göndərərək, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın İbrahim Razılaşmaları çərçivəsinə daxil edilməsini istəyib.


Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, rəsmi Vaşinqton bu yolla regionda İsrail-Ərəb normallaşmasını təmin etmək istəyir. Lakin ekspertə görə, proses bu günə qədər ABŞ-nin istədiyi formada getmir: 

"Təbii ki, burada İsrailin də səhvlərinin, atdığı radikal, sərt addımların payı az deyil. Bununla belə, Stiv Uitkofun sözlərindən sonra bu qənaətə gəlmək olar ki, Vaşinqton bunu daha geniş coğrafi müstəviyə yaymaq niyyətindədir. Bu sazişlərə “İbrahim” adı verilməsi təsadüfi deyil. Belə ki, İbrahim peyğəmbər həm islam, həm yəhudilik, həm də xristianlığın atası sayılır. Bu dinlərə həm də “İbrahimi dinlər” deyilir. Verilən mesaj isə bir növ bu üç dinin xalqlarını, ölkələrini bir-birindən ayırmadığı, əksinə, ortaq kök – İbrahim peyğəmbərlə birləşdirdiyi yönündədir. Başqa cür desək, Yaxın Şərqdəki üç böyük monoteist dinin davamçıları olan ölkələr arasında sülh və əməkdaşlıq yaratmaq mümkündür. Azərbaycanın məsələyə yanaşması indiki məqamda maraq doğurur. Rəsmi Bakı hələlik bu haqda hər hansısa açıqlama verməyib. Lakin Bakının xarici siyasət prinsiplərinə əsaslanaraq onun bu məsələyə necə yanaşacağını öncədən demək mümkündür".


T.Rzayev əlavə edib ki, Azərbaycan-İsrail əlaqələri onsuz da strateji tərəfdaşlıq səviyyəsindədir:

 "İkitərəfli münasibətlər enerji, müdafiə sənayesi, texnologiya və digər sahələri əhatə edir. İsrail Azərbaycanın həm də ən böyük silah tədarükçülərindən biridir. Yəni diplomatik münasibətlər, qarşılıqlı səfərlər və yüksək səviyyəli əməkdaşlıq fonunda demək olar ki, iki ölkənin münasibətləri “İbrahim sazişləri”nin özündə ehtiva etdiyi məqsədə çoxdan çatıb. Azərbaycan ABŞ-nin təklifini qəbul edib “İbrahim sazişləri”nə qoşulsa belə, bu, prinsipcə, simvolik qərardan o tərəfə keçməyəcək. Yəni bu saziş Azərbaycan–İsrail münasibətlərinə əlavə xüsusi nəsə qatmayacaq. Mümkündür ki, Azərbaycan “İbrahim Sazişləri”nə ehtiyatla, bəlkə də, məsafəli yanaşsın. Çünki Bakı İsraillə strateji tərəfdaş olduğu qədər, Türkiyə ilə də müttəfiqdir. Bundan başqa, son zamanlar normallaşan İran–Azərbaycan münasibətlərinə də xələl gəlməməsi Bakı üçün mühümdür. Aydın məsələdir ki, “İbrahim sazişləri”nə qoşulmaq Tehranda çox ciddi qıcıq yaradacaq. İran bu sazişi müsəlman ölkələrinin “xəyanət ittifaqı” kimi görür və dəfələrlə buna sərt reaksiya verib. Düzdür, Bakı üçün İranla münasibətlər heç vaxt “ya dost, ya düşmən” olmayıb. Azərbaycan bu münasibətləri daha çox balanslı aparır. Belə olan halda, “İbrahim sazişləri” kimi açıq şəkildə anti-İran kontekstində yozulan bir mexanizmə qoşulmaq Bakının bu balansı pozması demək olar".


Analitikin fikrincə, digər məsələ də ABŞ-nin Azərbaycanın adını bu kontekstdə hallandırmasıdır:

 "Yəni bu, Bakının qərarına əsaslanmır, daha çox Vaşinqtonun regionda yeni oyun qurmaq cəhdidir. Eyni arqumenti Ermənistana da aid etmək olar. Məsələn, rəsmi İrəvanın İsraillə diplomatik münasibətləri kifayət qədər zəifdir. Görünür, Vaşinqton bu ölkələrin sazişə qoşulması yönündə xəbərləri dövriyyəyə buraxaraq daha çox mediada səs-küy yaratmaq istəyir. Nəticə etibarilə, Stiv Uitkofun açıqlaması reallıqdan çox, siyasi manipulyasiyaya bənzəyir. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür. Rəsmi Bakı isə xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir. Əksinə, öz maraqları prizmasından çıxış edir. Bu maraqlar daxilində “İbrahim sazişləri” hələlik prioritet deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see156

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see138

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see129

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see128

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see123

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see122

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see120

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri