Icma.az
close
up
RU
Ukrayna ağır bombarduman altında: Ölən və yaralananlar var

Ukrayna ağır bombarduman altında: Ölən və yaralananlar var

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusunun noyabrın 28-dən 29-na keçən gecə və səhər saatlarında Ukraynanın paytaxtı Kiyev və digər şəhərələrə endirdiyi hava zərbələri nəticəsində azı 2 nəfər ölüb, 27 nəfər yaralanıb.

“Yeni Sabah” UNİAN-a istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko yaralılardan 17 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Ukraynanın Energetika Nazirliyi hücum nəticəsində elektrik infrastrukturunun ciddi ziyan dəydiyini və Kiyevdə 500 mindən çox istehlakçının, Kiyev vilayətində 100 mindən çox insanın, Xarkov vilayətində isə təxminən 8 min abonentin işıqsız qaldığını açıqlayıb.

Ukraynanın Fövqəladə Hallar Xidməti (FHX) hücumun şəhərin müxtəlif rayonlarında yaratdığı dağıntılarla bağlı ətraflı məlumat yayıb. Şevçenko rayonunda 14 mərtəbəli yaşayış binası zədələnib və baş verən yanğın artıq söndürülüb.

Solomensk rayonunda 25 mərtəbəli binaya qəlpə düşməsi nəticəsində xarici izolyasiya yanıb və binanın fasads qismən dağılıb. Eyni rayonda digər bir ünvanda 17 mərtəbəli binaya da qəlpə düşdüyü, habelə fərdi yaşayış sektorunda yerləşən qarajın da zədələndiyi açıqlanıb.

Dnepr rayonunda doqquzmərtəbəli binanın həyətinə raket düşməsi nəticəsində yanğın baş verib. İnsident nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb və onlardan biri xəstəxanaya yerləşdirilib.

Obolon rayonunda fərdi yaşayış evində yanğın qeydə alınıb, Qoloseyev rayonunda isə qəlpələrin düşməsi nəticəsində qarajlar yanıb. Şəhər üzrə xilasetmə və yanğınsöndürmə işləri davam edir və fövqəladə xidmətlər gücləndirilmiş rejimdə çalışır.

Yerli vaxtla saat 10 radələrində ölkə üzrə hava həyəcanı dayandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri